backend

3 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Elxan Cavadov hec kəsi SAYMIR - ŞİKAYƏT

3 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Elxan Cavadov hec kəsi SAYMIR - ŞİKAYƏT

Agsu şəhər sakini Babaxanov Namiq Azad oglu tərəfindən "Qaynarxett.az”a İsmayıllı 3 saylı Ərazi Maliyyə. Hesablaşma. Mərkəzinin rəisi Elxan Cavadov barədə şikayət ərizəsi daxıl olmuşdur. daxil olmuşdur. N.Babaxanov şikayət ərizəsinin ictimailəşməsini xahiş edərək, məsələ ilə bağlı aidiyyəti orqanların tədbir görməsini istəyir.

Şikayətci yazır: " Hörmətli redaksiya 3 saylı Ərazi Maliyyə. Hesablaşma. Mərkəzinin rəisi Elxan Cavadovun qanunsuz əməlləri Agsu müəllimlərini, xüsusilə texniki işciləri bögaza yıgıb. Sual edirik, niyə təqaüd yaşı catmış texniki ışciləri rayon təhsil şönəsi və 1 saylı tam orta məktəbin rəhbərləri əsassız olaraq nəyin müqabilində hələ də işgə saxlayır. Bəlkə bu yaşlılar əvəzolunmazdır? Əvəzində ali təhsilli, gənc kadrlar işsiz qalıb, onlara müxtəlif maneələr yaradılır, ünvanı bilinməyən yerlərə göndərilir.Dəfələrlə bu barədə aidiyyatı qurumlara müraciət etsək də bizi hər dəfə bir üsulla başlarından edirlər. Bildirim ki, bu qanunsuzlugun başında 3 saylı Ərazi Maliyyə. Hesablaşma. Mərkəzinin rəisi Elxan Cavadov dayanır. Bu qrumda rüşvət sözün həqiqi mənasında tügyan edir. Təhsilimizə belə münasibət gələcəyimizi baltalamaq deyilmi?! Biz qərara gəlmişik ki, olkə Prezidentinə, birinci vice-prezident Mehriban xanım Əliyevaya müraciət edərək, onları bu qurumda baş verən özbaşınalıq hallarından xəbərdar edək."

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək cəhdimiz alınmadı. Odur ki, şikayətlə əlaqədar maraqlı olan hər bir kəsi dinləməyə hazırıq.

PS:
...Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlarda deyilir ki, hazırda haqqında söhbət gedən quruma rəhbərlik edən E. Cavadov burada saysız maliyyə maxinasiyalarına yol versə də, nədənsə Təhsil Nazirliyi hələ susur. Görünməmiş rəzalətlər yaşanan bu qurumda korrupsiya , dövlət əmlakını talama halalrı baş alıb gedir. Kağız üzərində “təmir olunan” orta məktəblər, məktəbdən kənar idman müəssisələrindəki açınacaqlı hallar və s.

...Onu da qeyd edək ki, 3 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzindən təmin olunan İsmayıllı, Şamaxı, Qobustan və Ağsu rayonlarına qış mövsümü ilə əlaqədar olaraq odun və dizel yanacağı üçün xərc ayrılıb. Lakin kağız üzərində. Həmin sənəd imzalansa da, sözügedən vəsait təyinatı üzrə xərclənməyib və mərkəz rəhbərliyi tərəfindən mənimsənilib. Adı gedən qurumun rəhbərliyinin qanuna zidd olan əməlləri sayəsində həmin rayonlarda qış fəslini yola vermək üçün orta məktəblərdə elektrik qızdırıcılarından istifadə olunur ki, bu da dövlət büdcəsinə vurulan növbəti zərbədir.

...Tərlan-1 MMC və Butsefal MMC kimlərə məxsusdur və Ağsu, Şamaxı və Qobustan rayon məktəblərinə lazım olan odun yanacağını hecə "həzmi-rabedən" kecirir?

BU VƏ DİGƏR FAKTLARA NÖVBƏTİ SAYİMİZDA AYDINLIQ GƏTİRƏCƏYİK!

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək cəhdimiz alınmadı. Odur ki, şikayətlə əlaqədar maraqlı olan hər bir kəsi dinləməyə hazırıq.

Qaynarxett.az