backend

“Bu, xarici kəşfiyyatın Bakıya xəbərdarlıq siqnalıdır”

“Bu, xarici kəşfiyyatın Bakıya xəbərdarlıq siqnalıdır”














“Hansısa küskün azərbaycanlı dindar ola bilsin ki, narazı qaldığı şəxsə xəsarət yetirər, ancaq məscidi yandırmağa təşəbbüs göstərməz”.

Bu sözləri millət vəkili Fazil Mustafa Qaraçuxur məscidinin yandırılması barədə fikirlərini bölüşərkən deyib. Onun sözlərinə görə, bu tip təxribatlar Azərbaycana qarşı bundan sonra tez-tez müşahidə olunacaq:

“Qaraçuxur məscidinin yandırılması faktı ilk baxışdan araşdırıldığında açıqca təxribat olduğu sezilir. Görünür, hansısa xarici qüvvələrin əli ilə Azərbaycanda ən həssas sahələrə yönələn planlı davranışlar bundan sonra daha tez-tez müşahidə olunacaq. Hüquq-mühafizə orqanlarının məsələni son dərəcədə ciddiyyətlə araşdıracağına şübhə etmirəm. Ümumiyyətlə, hansısa küskün azərbaycanlı dindar ola bilsin ki, narazı qaldığı şəxsə xəsarət yetirər, ancaq məscidi yandırmağa təşəbbüs göstərməz. Bu, birbaşa hansısa xarici ölkənin kəşfiyyat qurumlarının ölkəmizə yönəlik xəbərdarlıq aksiyasıdır. Bu hadisəni nəzərə alaraq iri məscidlərin çevrəsində kameraların quraşdırlması, bu olmadıqda isə mütləq polis postlarının qoyulması vacibdir. Həssas bir beynəlxalq şəraitdə yaşayırıq və bütün ölkə vətəndaşları təxribatlara qarşı diqqətli olmalıdırlar”.