backend

ŞOK!!! Bir qrup azərbaycanlı ermənilərlə birləşərək Fuad Abbasovun Rusiyadan qovulmasını tələb edir - VİDEO

ŞOK!!! Bir qrup azərbaycanlı ermənilərlə birləşərək Fuad Abbasovun Rusiyadan qovulmasını tələb edir - VİDEO

Xəbər verildiyi kimi, mart ayının 12-də Rusiyanın paytaxtında yerləşən "Moskva Millətlər Evi"ndə "Millətçiliyin və ektremizmin - Rusiya Federasiyasının dövlət və milli təhlükəsizliyinə təhlükə" mövzusunda dəyirmi masa keçirilib.
Yeniavaz.com xəbər verir ki, "Moskva Millətlər Evi"nin rəsmi veb-saytında yer alan məlumatda göstərilir ki, tədbirin təşkilatçısı "Azərbaycan Milli Mədəni Muxtariyyəti"dir ("AzerRos"). İclasa sədrliyi "AzerRos"un Moskva Regional Təşkilatlarının ("AzerMos") sədri Ağadadaş Kərimov edib.
Dəyirmi masada "AzerRos"un prezidenti Mehriban Sadıqova, diaspora nümayəndələri, Rusiyanın rəsmi şəxsləri və erməni diasporunun nümayəndələri iştirak ediblər. Dəyirmi masada əsas müzakirə mövzularından biri azərbaycanlı jurnalist Fuad Abbasovun fəaliyyəti olub. Fuad Abbasovun əleyhinə kəskin fikirlərin səsləndiyi tədbirdə onun Rusiyadan deportasiyası məsələsi gündəmə gətirilib.
Dəyirmi masada Azərbaycanın rəsmi şəxsləri haqqında da müxtəlif iddialar səsləndirilib. "AzerRos"un prezidenti Mehriban Sadıqova və diaspora nümayəndəsi Azər Səfərov bildiriblər ki, Fuad Abbasovun arxasında Azərbaycan rəsmiləri, Diaspora Komitəsi, Rusiyadakı səfirlik dayanır. Azər Səfərov daha sonra bildirib ki, Rusiyada Qarabağ mövzusunda danışanları deportasiya etmək lazımdır: "Əgər kimsə döyüşmək istəyirsə, çıxıb getsin oraya".
Tədbirdə çıxış edən erməni diasporunun nümayəndələri Levon Mukanyan və Manuk Şamirov Fuad Abbasovun Rusiada təxribatla məşğul olduğunu və Rusiya rəsmilərindən Fuad Abbasovun fəaliyyətinə hüquqi qiymət verilməsini tələb ediblər.
Maraqlı məqamlardan biri isə odur ki, tədbirdə Fuad Abbasov və Azərbaycan hakimiyyətinin əleyhinə fikirlər səsləndrən "AzerRos"un prezidenti Mehriban Sadıqova dünən bəyanat yayaraq bütün günahları Ağadadaş Kərimovun üzərinə atıb.
"AzerRos"un mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur ki, onlar tədbirin təşkilatçısı olmayıblar. Lakin, Moskva Millətlər Evinin rəsmi veb-saytında tədbirin təşkilatçısı kimi "AzerRos" göstərilir. Bəyanatda həmçinin qeyd olunur ki, tədbirdə Azərbaycanın əleyhnə səslənən fikirlər iclasa sədrlik edən Ağadadaş Kərimovun işinə qeyri-peşəkar yanaşmasından irəli gəlib.