AKP İSTANBULDA YENİ SEÇKİ TƏLƏB ETDİ! – “Belə bir qərar olarsa…”

81

AKP İSTANBULDA YENİ SEÇKİ TƏLƏB ETDİ! – “Belə bir qərar olarsa…”

Prezident Ərdoğanın lideri olduğu hakim AKP İstanbulda bələdiyyə səçkilərinin yenidən keçirilməsi məqsədi ilə rəsmi addımlar atmağa başlayıb.

Strateq.az xəbər verir kİ, bu barədə AKP rəsmi məlumat yayıb.

Partiyadan bildirilib ki, İstanbulda martın 31-də keçirilən seçkilərə planlı, mütəşəkkil müdaxilə olub, kənar şəhərlərdən minlərlə insan saxta yolla İstanbula qeydə alınaraq, seçkidə iqtidarın əleyhinə səs veriblər: “Odur ki, İstanbulda seçki yenidən keçirilməlidir”.

AKP ilə yanaşı, Daxili işlər naziri Süleyman Soylu və MHP lideri Dövlət Baxçalı da İstanbulda seçkinin təkrar keçirilməsnin vacibliyini dilə gətiriblər. Hər iki şəxs İstanbulda 60 gündən sonra seçki keçiriləcəyinə işarə vurublar.

AKP və MHP-nin bu tələbinə isə həm CHP, həm də İstanbulda seçkini qazanan Əkrəm İmamoğlu tərəfindən sərt reaksiya verib.

CHP yenidən seçki keçirilməsinin yolverilməz olduğunu bəyan edib.

Əkrəm İmamoğlu isə yenidən seçki keçirilməsinin Türkiyənin dünyadakı etbiarına ciddi təsir göstərəcəyini bəyan edib: “Belə bir qərar olarsa, bu, Türkiyənin dünyada rəzil duruma düşməsi demək olacaq. Bu, axı nə deməkdir? Belə çıxır ki, qazana bilmədikcə, hər iki aydan bir müxtəlif bəhanə ilə seçkimi keçiriləcək?

Olmaz, olmaz, vallahi belə olmaz. Millətə yazıq, günahdır. Bir an əvvəl YSK ədalətli qərarını verməlidir”.

Xatırladaq ki, təkrar seçkinin keçirilməsi ilə bağlı müraciətə hələ ki YSK-dan reaksiya verilməyib.

***

Türkiyənin Yüksək Seçki Komissiyası (YSK) İstanbulda bələdiyyə seçkiləri ilə bağlı tərəflərin etirazları haqqında qərarını açıqlayıb.

AK Partinin İstanbulun 31 ilçəsində səslərin yenidən sayılması tələbi rədd edilib. Bununla yanaşı 21 ilçədə 51 qutuda səslərin yenidən sayılmasına icazə verilib. Büyükçekmece ilə bağlı tələbə baxılması isə təxirə salınıb.

Müşahidəçilər bildirir ki, YSK-nin bu qərarı ilə İstanbulda artıq seçki nəticələrini bitmiş saymaq olar. Çünki 1 qutuda 300-350 səs oluğunu nəzərə alanda 51 qutuda cəmi 15 min səs var və yalnız onlar yenidən sayılacaq. İstanbulda səslərin bütünlüklə sayılması mövzusu da qapanıb.

AK partinin təmsilçisi Recep Özel isə bu qəraradan sonra da partiyanın 31 ilçədə yenidən sayım tələbinin dəyişmədiyini, və etirazın davam edəcəyini bildirib. CHP-nin YSK-dakı təmsilçisi Mehmet Hadimi Yakupoğlu isə bildirib ki, 51 qutudakı səslər başa çatdıqdan sonra səssayma prosesi başa çatacaq və səslər netləşəcək. /fed.az