backend

ZİYA MƏMMƏDOVUN QARDAŞI PROREKTOR OLDU – “Bu gün kollektivə təqdim olunub”

ZİYA MƏMMƏDOVUN QARDAŞI PROREKTOR OLDU – “Bu gün kollektivə təqdim olunub”
Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olunub.

Bu barədə ONA-ya ATU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev məlumat verib.

O bildirib ki, Elton Məmmədov Azərbaycan Texniki Universitetin strateji inkişaf məsələləri üzrə prorektoru təyin olunub: “Elton müəllim bu gün kollektivə təqdim edilib”.

Qeyd edək ki, E. Məmmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı və keçmiş deputatdır.