backend

Rektorun «saqqal əməliyyatı» Gəncədə asayişi poza bilər

Rektorun «saqqal əməliyyatı» Gəncədə asayişi poza bilər














Gəncə Dövlət Universitetində təhsil alan narazı vəhabi tələbələrin şəhərdə aksiya keçirməyə hazırlaşdıqları bildirilir

Uzun müddətdir ölkə mətbuatın gündəmində Gəncə Dövlət Universiteti və bu universitetin rektoru, kimya elmləri doktoru, professor Yusif Yusifovun əməllərindən bəhs edən yazılı məlumatlar yer almaqdadır.
Həmin tənqidi məqalələrdə tələbələrin rüşvət qarşılığında dərslərdən kənarda qalmasına göz yummaq, qeyri-peşə sahiblərinin Universitet daxilində yüksək vəzifələrə təyin edilməsi kimi ciddi məqamlara toxunulur. Təbii ki, bu qədər ciddi ittihamların qarşılığında Y. Yusifovun heç nə olmamış kimi iddilara reksiya verməməsi dədiqqət çəkicidir. Rektorun bu iddiları cavabsız buraxması onun özündən arxayın olması və ictimai fikrə qarşı bilinməyən hansısa gücə arxayın olması kimi dəyərləndirilməlidir. Hər halda rektorun rəhbərlik etdiyi təhsi ocağı barədə ortaya atılan iddalara cavab verməsi onun ictimai borcudur.

Əlbəttə, bu güc göstərisi və yaxud da özünə inamın Azərbaycan reallığında tam fərqli “tərcüməsi” mütləq olmalıdır. Məlumdur ki, GDU-nun rektoru bu vəzifəyə sahiblənmək üçün birbaşa təhsil naziri cənab Mikayıl Cabbarovdan “xeyir-dua” alıb. Çünki Yusifovun qardaşı Mikayıl Cabbarovun qardaşı ilə ölkənin aparıcı nazirliklərinindən birində çalışırlar. Cox yaxın dostluq əlaqələrinə malik iki qardaşın səyi nəticəsində nazir Mikayıl Cabbarov ölkə Yusif Yusifovun rektor olmasını təmin edə bilib.

Redaksiyamıza daxil olman son məlumatda isə GDU-da təhsil alan vahabi tələbələrlə bağlı şok məlumatlar var. Daxil olan məlumata əsasən rektor Yusif Yusifov bilərəkdən universitetdə təhsil alan yüzlərlə vahabini kəsirə saxlayaraq saqqallarının qırxılmasını tələb edib. Rektorun bu hərəkətindən qəzəblənən tələbə vahabilərisəməlumata əsasən Gəncə şəhərində aksiya keçirtməyə qərar veriblər.

Məlumatda o da qeyd olunur ki, aksiya dekabr ayının ilk on günlüyünə qədər həyata keçriləcək və şəhərdəki vəhabi icması da tələbələrə dəstək verəcək.