backend

İlham Əliyev İŞİD təhlükəsi BARƏDƏ: "Yaxşı və ya pis terrorçu yoxdur"

İlham Əliyev İŞİD təhlükəsi BARƏDƏ: "Yaxşı və ya pis terrorçu yoxdur"

























“Bu gün Moskva və Bakı arasında həll olunmamış məsələ yoxdur. Rusiya-Azərbaycan əməkdaşlığı dolğun şəkildə inkişaf edir. Bu gün iki qonşu dövlət olan Rusiya və Azərbaycan istənilən xarici təsirlərə qarşı duruş gətirməyə hazırdır”.

Bunu “Rossiya 24” kanalına müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev deyib.
Prezidentin sözlərinə görə Azərbaycan Rusiya bazarlarına kənd təsərrüfatı məhsullarının ixracat potensialını genişləndirir. İlham Əliyev söyləyib ki, iki ölkə arasında turizm sahəsində də yaxşı perspektivlər var və bu sahədə dil baryeri yoxdur.
İlham Əliyev Dağlıq Qarabağ münaqişəsindən də söz açaraq qeyd edib ki, Ermənistan status-kvonun saxlanılmasında maraqlıdır. “Ermənistan bu məsələdə irəliləyiş istəmir. Bu mövqe qəbuledilməzdir. Dağlıq Qarabağdan erməni qoşunlarının təcili çıxarılmasına dair BMT-nin dörd qətnaməsi mövcuddur, lakin Ermənistan buna məhəl qoymur”,-deyə prezident bildirib.
Dövlət başçısı onu da vurğulayıb ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində əvvəlki illərə nisbətən danışıqlar prosesində aktiv iştiraka başlayıb.
Azərbayca rəhbəri İŞİD terrorçu qruplqşmasının yaratdığı təhlükələr barədə jurnalistin ona ünvanladığı suala da cavab verib: “Bu il İŞİD qruplaşması ortaya çıxdı. Bu, son on ildə Yaxın Şərqdə baş verənlərin nəticəsidir. Bu sübut edir ki, radikal qrupulara dəstək məsələsində ehtiyatlı olmaq lazımdır. Pis və yaxşı terrorçu yoxdur”.
İlham Əliyev Azərbaycanın Avropa Olimpiya oyunlarına hazırlığından və yeni idaman obyketlərinin tikintisi barədə də məlumatlar verib.