backend

Təcili!!! AGSU POLİSİNİN KİŞİ "ƏRƏBZƏNGİLƏRİ" - Camaat bogaza yıgılıb...- FOTO

Təcili!!!  AGSU POLİSİNİN KİŞİ "ƏRƏBZƏNGİLƏRİ" - Camaat bogaza yıgılıb...- FOTO


Agsu elə də böyük şəhər deyil, intəhası burada dögulub boya-başa catdıgım ücün mənə cox-cox əziz və qiymətlidir. Aglım kəsəndən bu torpagın adamlarını saf və comərd görmüşəm. Qonaqpərvər oldugları qədər də qanunsevərdirlər. Lap öz qardaşı olsa belə düzünü düz, əyrisini əyri deyərlər. Tərəfkeşlik, yerlibazlıq Agsu camaatına yaddır. Bilirsiniz, bunu niyə deyirəm, kim olursan ol, hansı vəzifəni daşıyırsansa daşı səmimiyyət, düzlük və dürrüstlük sənə baş ucalıgı gətirər, şərəf və ləyaqət bəxş edər. Əks halda isə...

"Sən kimsən əəə. səsini kəs"

...Gecəni sübhədək diri acdım. Axşamkı hadisə mənə agır təsir etmişdi. Belə ki, rayonda yaşayan dostum Agacavad Cəfərov məni qızının toy şənliyinə dəvət etmişdi. Mən 9 iyun tarixində Bakıdan toya gəldim. Toy qurtardıqdan sonra dostum məndən xahiş etdi ki, Bakıdan toya gələn döyüşcü dostlarını yola salmaq ücün onunla gedim. Xülasə qonaqları yola saldıq, elə şəhərə daxıl olmuşduq ki, o idarə etdiyi maşını saxladı. Soruşdum, nə oldu benzin qurtardımı, dedi yox, yol polisləri "marqat" elədi, sən düşmə, indi qayıdıram. Dostum Əfqan döyüşcüsüdür, sag qıcını döyüşdə itirib, 2-ci dərəcəli əlildir. Maşından düşüb getdi polislərin yanına və hec beş dəqiqə kecmədi ki, qayıdıb maşına mindi. Elə motoru işə salmaq istəyirdi ki, bir nəfər mülki geyimli şəxs kobudcasına maşına müdaxilə edib acarı cıxartdı. Agacavad maşından düşməyilə aləm qarışdı. Məcbur olub mən də maşından düşdüm və dəhşətə gəldim. Bayaq acarı götürən mülki geyimli şəxs Agacavadın kəmərinin arxa tərəfindən yarışıb onu sürümək istəyirdi, ancaq gücü catmadıgından onu yerə yıxmada calışırdı. Elə bu an div kimi bir polis nəfəri də Agacavadın üstünə cumdu. Mən daha dözə bilmədim, "Bu nə hərəkətdir edirsiniz, əlil adamdır, erməni deyil ki...! " demişdim ki, həmin polis nəfəti Agacavadı buraxıb mənə sarı cumdu."Sən kimsən əəə. səsini kəs" deyə-deyə başladı məni qarnı ilə arxaya itələməyə. Bu adam xəstədir-nədir, az qalırdı gözləri həlqəsindən cıxsın. İlahı biz nə günahın sahıbıyik belə?! Həqiqətən caş-baş qalmışdım. Axır ki, özümə gəldim və mənə yaxınlaşan mülki geyimlidən"Nə günahın sahibiyik" deyə soruşdum. Ö, İKİ BARMAGINI O BİRİ İKİ BARMAGININ ÜSTÜNƏ QOYÜB NİFRƏTLƏ "ORDA BİLƏRSƏN" dedi və yol rolis işcilərinə bizi şöbəyə ararmagı əmr etdi. Maşına oturub rolis şöbəsinə gəlməyə məcbur olduq.

Şöbədə növbətci polis nəfəri telefonumuzu aldı. Bəyaqkı polislər isə bizi DYPŞ rəisinin otagına gətirdi. Rəis Agacavadı tanıyırmış, mən də özümü təqdim etdim və bura niyə gətirildiyimin səbəbini bilmək istədim. O, BİR AN NƏ FİKİRLƏŞDİSƏ OTAQDAN CIXDI VƏ TƏXMİNƏN ON DƏQİQƏDƏN SONRA QAYIDIB "SƏNİ BURA ROLİS GƏTİRMƏYİB" dedi. Mən hadisəni qısa danışdım və bura gətirilməiyimin səbəbini bilməyincə ketməyəcəyimi bildirdim. Pəis öz işcilərinə sarı baxdı və mənə bildirdi ki, sənin hec bir günahın yoxdur, cıxıb gedə bilərsən. Bu dəqiqə sürücüyə tapşırıq verəcəm, hansı ünvana desən səni araracaq. Mən təkit etdim ki, hec yana getməyəcəyəm. Az qala üc saat otaqdan cıxmayıb həmin rəisdən tələb etdim, xətrimə dəyməyib, məni "yola verdilər" və axırda da iki "qocu" polisin yerinə yenə mülki geyimli bir şəxs gəlib ozünü idarə rəisinin müavini kimi təqdım edərək məni bura polisin gətirmədiyini, günahımın olmadıgını bildirdi. Xülasə, Agacavada protokol tərtib olundu və biz polis şöbəsindən ayrildiq.

"QOCU ANAR"I GÖRƏNDƏ YOLUNUZU DƏYİŞİN, ya özünüzə zərər dəyəcək,ya cibinizə...

Bəli, o gecəni diri acdım. Dostlarım cayxanada gözləyirdilər. Cəmi 5 stol yerləşən balaca bir cayxana. Otürmuşuq. Hamı yarızarafat, yarıciddi mənə təskinlik verir: "Həmişə azadlıqda"! Deyirəm, hec tutdular ki, məni azadlıga da cıxım ... Nə isə hadisəni qısaca danışdım. Dostlardan kimsə dedi ki, o "pəzəvəng" dediyin Anar olub, anan namaz üstə imiş, səni şil-küt eləməyib, şükr elə... Qaldı o "qrajdancki"yə o, da Sübhandır, əslən Cəlilabadlıdır, rəis özüylə gətirib, "şilləvuranı"dır. Qardaş, biz bu adamları görəndə yolumuzu dəyişirik, cünki ya özümüzə zərəl dəyəcək, ya da cibimizə... Şər-xatadırlar başdan ayaga.
Anardan yangılıydım, onun kimliyini soruşdum. Dostlarımdan hansısa dedi ki, öz günahındı cıxıb qarşına. Yadındadı, vaxtilə sən müdafiə etdiyin Nurəddin Həmidovun, "demaqoq Hürəddin"in ən yaxın qohumudur, camaata qan uddurur. Onun əməlləri kitab-dəftərə sıgışmaz. Catana catır, catmayana da bir daş atır. Necəsini döyüb xəstəxanalıq eləyib. Hacıqədirlidə bir "üzdəniraq" var, onun əliylə onlarca adama "torba" tikib. Payonda harda "ayagısürüşkən" var telefon nömrələri ondadır. Bir bəladı düşüb Agsunun canına. Ən yüksək instansiyalara yazırıq, baxan yoxdur. Bunun dalında kim dayanıb bilmirik. Rayon Polis Şöbəsin rəsi Fəxrəddin müəllim niyə bu cavuşa "qulaqburması" vermir o da müəmmalı olaraq hələ ki, qalır. Xatırladım ki, Ağsu Rayon Polis Şöbəsinin rəisi Fəxrəddin Abbasov Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun yaxın qohumudur.


AGSULULARA DƏRD BATMANNAN GƏLİR...

...Günortadan sonra "qocu" deyilən Anar Həmidovun gudazına gələnlərin bir necəsiylə görüşməyi qərara aldım. Agsu şəhəri, M.Ə.Rəsulzadə kücəsi 17, mənzil 6-da yaşayan Abdullazadə Abdulla Agayar oglu ilə söhbətləşirəm. O, başına gələn müsübəti danışır. ... Bu ilin aprel ayının 27-də M.Rəsulzadə küçəsində yaşadığı ünvana yaxın ərazidə avtoqəza hadisəsi baş verib. Bu zaman ürək, qan- damar xəstəliyindən əziyyət çəkən ikinci qrup əlil Abdulla Abdullazadə nə baş verdiyini öyrənmək üçün küçəyə çıxıb, məlum olub ki, avtoqəza hadisəsidir. Qəzanı araşdırmaq məqsədi ilə DYP xidmətinin əməkdaşları, həmcinin post patrul xidməti əməkdaşları hadisə yerinə gəlib. Post patrul xidmətinin əməkdaşlarından biri olan polis çavuşu Anar Həmidov bura toplaşanlara qarşı təhqiramiz ifadələr işlətməyə başlayıb. Hətta onun bu hərəkətinə etiraz edən Abdullanı təhqir edərək kürək nahiyəsindən vurub. Məlum olub ki, polis çavuşu Anar Həmidov sərxoş vəziyyətdədir. Polis çavuşu Anarın zor təbiqi, əl-qol hərəkətləti, nalayiq söyüşləri nəticəsində Abdullanın səhəti pisləşib və hadisə şahidlərinin köməkliyi ilə evə gətirilib. Səhhəti kritik oldugu üçün rayon təcili tibbi yardım şöbəsinin həkim briqadası evə dəvət edilib. İlk tibbi yardım edilməyinə baxmayaraq vəziyyəti ağır olduğu üçün dərhal onu rayon mərkəzi xəstəxanasına ararıblar. Onun vəziyyəti ağır oldudundan 24 gün trapiya şöbəsində müalicə almalı olub

. Abdulla Abdullazadə deyir: "Demək olar ki, respublikanın Prezidenti İ.Əliyevdən tutmuş bütün yüksək instansiyalara müraciətim hec bir nəticə vermədi. İstintaq zamanı Həmidov Anar Səfa oglu haqqında hec bir cinayət faktları toplanmadan Rayon Polis Şöbəsinin rəisi Fəxrəddin Abbasov, rayon Pokuroru Elvin Mirzəyev və köməkcisi Rövşən Əmirov vəzifələrindən sui-istifadə edərək işə xitam verdirdilər. Özümüzü də şərləmək istədilər ki, siz yalan izahat vermisiniz. Baxmayaraq ki, əlimizdə rayom Mərkəzi Xəstəxanasının rəsmi tibbi rəyləri var, ona hec məhəl qoymadılar.. Biz 13 nəfər ailə üzvümüz adından Azərbaycan Respublıkası vətəndaşlıgından imtina edib ABŞ, Rusiya və İsrayıl səfirliklərindən sıgınacaq istəyirik."

Şəhər sakini Ələkbərov Şöhrət Nəsib oglu deyir ki, bu ilin may ayının 18-də günorta radələrində Həmidov Anar Səfa oglu qarşımı kəsərək məni arvad-uşaq söyüşü ilə təhqir edib: "Mən ona dedim ki, ayıbdır sən polis işcisisən. Mənim həyat yoldaşım şəhid bacısıdır. o, buna baxmayaraq şəhidimizi də söyərək təhqir etdi. Dedi ki, sən niyə Abdullaya şahidlik edirsən. Mən bu hadisə barədə Agsu rayon prokurorluguna məlumat versəm də rayon prokuroru Elvin Mirzəyev və köməkcisi Rövşən Əmrahov işə laqeyd yanaşdı."

.P.S:

Yazı cara gedərkən QAYNARXETT.AZ-ın elektron poctuna daha bir məlumat daxil olmuşdur. Məlumatı Agsu şəhər sakini Əfqanstan veteranı, 2-ci dərəcəli əlil CƏFƏROV AGACAVAD MİSİRXAN oglu göndərmişdir. O, redaksiyamızdan xahöş edir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə göndərdiyi Acıq məktubun surətini saytımız vasitəsiylə ictimailəşdirək. Məktubu oldugu kimi nəzərinizə catdırırıq:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Açıq məktub


Cənab Prezident!
Mən 1961-ci il iyun ayının 26-da Ağsu rayonunda anadan olmuşam. 1979-1980 -ci illərdə Əfqanıstanda hərbi xidmətdə olarkən “Döyüş şücaətinə” və “Qəhrəmanlığa görə” medalları ilə təltif edilmiş II qrup müharibə əlili Cəfərov Ağacasad Misirxan oğlu müraciət edir. Hərbi xidmətdən sora Ali təhsil aldım, dövlət idarələrində mütəxəssis kimi çalışdım.
Cənab Prezident, 09 iyun 2019-cu il tarixində Ağsu şəhərinin Heydər Əliyev prospektində YPX əməkdaşları maşınımı saxladılar. Maşından düşüb onlara sarı gedərkən mülki geyimli bir şəxs üstümə hücum çəkərək məni yerə yıxıb sürümək istədi. YPX əməkdaşı Sübhan idi Mənim yanımda olan yoldaş ona yaxınlaşıb xahiş etdi ki, “Ay qardaş, vallah bu adam əlildir, erməni deyil, Azərbaycanlıdır” dedi. Sərxoş olan Sübhan heç bir şeyə məhəl qoymadan özü kimi Anar adlandırdıqı adama əmr etdi ki, bunların hər ikisini apar polis idarəsinə, mən də gəlirəm. Bizi polis idarəsinə gətirəndən sonra həmin insanlar yoxa çıxdılar.
Cənab Prezident! 2 gündür mən gözləyirəm ki, bu insanlar gəlib üzr istəyəcəklər. Ancaq görürəm bu insanlarda o şərəf və ləyaqət yoxdur.
Odur ki, bu cür şərəf və ləyaqətsiz insanların ən mühüm dövlət orqanından - polisdən qovulmasına və məsuliyyətə cəlb edilməsinə göstəriş verəsiniz.

Sizə hörmət bəsləyən Ağacasad Cəfərov.
Əlaqə nömrəsi: 050-625-76-51
12.06.2019-cu il


P.SS:

Əfqanıstan veteranı Agacavad Cəfərov həmcini redaksiyamıza məlumat verib ki, rayonun bir qrup ziyalısı bu hadisə ilə baglı Payon Polis Şöbəsinin qarşısında etiraz piketi kecirmək qərarındadırlar. O, ölkə Prezidentinə müracət etdiyini və cavab gözlədiyini önə cəkərək aksiyanı müəyyən vaxtadək təxirə salmagı onlardan xahiş edib.
ARDI MÜTLƏQ OLACAQ, BİZİ İZLƏYİN!

Qaynarxett.az olaraq yazıda adı kecən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq!

Ədalət NƏBİBƏYLİ,
QAYNARXETT.AZ