backend

Rusiyada təyyarə qəzası - ÖLƏN VƏ YARALANANLAR VAR - FOTO - VİDEO



Rusiyada An-24 sərnişin təyyarəsi qəza enişi edib.
BakuPost Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Buryatiya Respublikasının şimalında baş verib.

Qəza zamanı 2 heyət üzvü ölüb, daha 7 nəfər xəsarət alıb.


Təyyarədəki 42 nəfər və 1 uşaq xilas edilib. Təyyarə Nijneanqarskdan Ulan-Udeyə uçurmuş.
Hadisənin səbəbi kimi mühərriklərdən birində nasazlıq göstərilir.
İlkin məlumata görə, təyyarə uçuş-enmə xəttindən 100 metr kənara çıxıb və təmizləyici qurğuların binası ilə toqquşub. Təyyarə bundan sonra yanmağa başlayıb