backend

FHN-NİN TƏCHİZAT İDARƏSİNDƏ ÖZBAŞINALIQ - OKTAY ƏLİYEV VƏ DƏLƏDUZ OĞLU İLƏ BAĞLI ŞOK FAKTLAR

FHN-NİN TƏCHİZAT İDARƏSİNDƏ ÖZBAŞINALIQ - OKTAY ƏLİYEV VƏ DƏLƏDUZ OĞLU İLƏ BAĞLI ŞOK FAKTLAR

Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsi rəis müavini Oktay Əliyevin oğlu ilə bağlı GUNinfo.az-a ilginc müraciət daxili olub. Saytın elektron ünvanına göndərilən müraciətdə bildirilir ki, məmur oğlu illərdir dələduzluqala məşğul olur. O, FHN-nın XRXX - də anbardar işləyən vaxtlar, atası Oktay Əliyevin adından onlarla adamı vəzifəyə qoydurmaq adı ilə 100 min manatdan artıq rüşvət almışdır. Bu azmış kimi Qurban Əliyev işlədiyi idarənin gizir və zabit heyyətinə atası Oktay Əliyevin adından hədə, qorxu gələrək, hər bir işçidən 5-6 min manat pul alaraq atmışdır.

Məmur oğlunun dələduzluğu bununla da bitməyib. Gününü pul qazanmağa həsr edən Qurban Oktay oğlu idarənin xanım işçilərindən də qızıl və digər bahalı əşyalar alaraq Lonbarda qoyub pul əldə edərək inanılmaz fırıldaqlar həyata keçirrib. Məlumata görə hələ o İqtisat univeristetində təhsil alarkən də rəngarəng fırıldaqlarla da məşğul olub. Beləki, üz cizgilərində ona oxşarı olan tələbələrin əvəzinə universitetdə imtahanlara girərək pul əldə edib. Amma çox keçmədən bu çirkin əməlinin üstü açılmış. dilindən iltizam alınaraq ağır şəkildə cəzalandırılmışdır. Bu barədə Qurban Əliyevin öz imzası ilə təstiqini tapan rəsmi sənəddə redaksiyaya ünvanlanıb.

GUNinfo.az-a göndərilən müraciətdə daha sonra bildirilir ki, Qurban Əliyev atası Oktay Əiyevlə əlbir olub FHN-ın Maddi-Texniki Təchizat İdarəsində əməlli başlı qazanc əldə ediblər. Məmur ata və oğul nazirliyin dövlət əmlakı sayılan Paradnı formaları və alt paltarları hərbi mağazalara gizlicə dəyər dəyməzə sataraq illərdi yüz min manatlar əldə ediblər. Mənbənin iddiasına görə Oktay Əliyev hələdə bu işlərlə məşğul olduğundan FHN-nın XRXX-da xidmət edən gizir və zabit heyyətində alt paltarların catışmamazlığı müşahidə olunur. Belə vəziyyətdən şikayətçi düşənlər isə ağır şəkildə cəzalanır və ya işdən qovulur. Çünki Oktay Əliyev nazir Kamaləddin Heydərovun yaxın qohumu olduğunu iddia edərək kimsədən çəkinmədiyini deyir.

Həmişə öz işigüzarlığı və ədaləti ilə seçilən Fövqəladə Hallar naziri Kamaləddin Heydərov inanırıq ki, nazirlikdə yaradılan özbaşınalığın qarşısını alacaq və öz işinə xəyanət edən məmurları ağır şəkildə cəzalandıracaq.

Mövzu diqqətimizdədir.

Ardı var


QAYNARXETT.AZ