Nəriman Qasımoğlu Əbülfəz Elçibəyin məktubunu yaydı -Foto

gundem / Siyasət / Arasdirma 8-09-2019, 21:07


Tanınmış ilahiyyatçı-alim Nəriman Qasımoğlu özünün “feysbuk” səhifəsində Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin 1994-cü ildə Kələki kəndindən ona ünvanladığı məktubu paylaşıb.

Sozcu.az həmin məktubu təqdim edir:

Arxivimdə Ə.Elçibəyin 1994-cü ildə Kələkidən mənə ünvanladığı məktub var. Ruhuna salam olsun! Paylaşıram.

Hörmetli Neriman bey,

Salamlar ve sayğılar. Sizin bitiyi ve Quran’ın tercümesini aldım. Sayğı ve diqqetinize göre sağ olun. Tercümenin müeyyen yerlerini hele ki çoh diqqetle ohudum, bir sıra yerlerini vereqleyib bahdım. Bu sepgili – ye’ni, edebiyyatımızın fondunda olan söz ve terkiblerden yararlanaraq tercüme etmek ilk addımdır. Men de bele bir tercümenin yaradılmasını fikrimde dolaşdırırdım. Mes: الحمد لله رب آللعالمين = Varlıqların Tanrısı, ulu Tanrıya alqış! ( ya da “Varlıqları /yohdan/ yaradan ulu Tanr;ya alqış!); مالك يوم الدين = “Sağış gününü yiyesi O-dur!”

Ne ise, ele-bele öz fikrimi dedim.

Bir de, mence, bezi yerlerde “tanrı” sözü “Allah” sözüne eks me’nada işledilir ki, bu da düz deyil. Türkiyede de son vahtlar çıhan bezi kitablarda “tanrı” sözünü hetta tağut=şeytan=qondarma, yalançı yaradan kimi yozurlar. Bu çoh zererlidir. Türkün Tanrısının, öz beynindeki “Ulu Tanrı”, “Uca Tanrı” ve s. kimi müqeddesleşen bir anlayışını onun beyninden silmek meqsedi görünür. Buna diqqetli olmağınızı hahiş edirem! Ne ise.

Tercümeniz çoh maraqlı ve originaldır. Mence bir de, bir neçe il üstünde çalışıb daha original bir tercüme yaratsanız çoh gözel olardı. Uğurlar arzu edirem.


Neriman bey, bir hahişim de var! Eger etiraz etmirsenizse, Azerbaycan Halq Cebhesinde din meselelerine nezareti öz üzerinize alın. Beylerle danışın, meslehetleşin, hansısa biçimde bu işi qurun, ya meclisde komissiya ve ya ne şekildese bir qurum yaradın, tanıdığınız beylerden celb edin.

Helelik bu qeder. Bütün yahındaşlara salam söyleyin.

Hörmetle: E.Elçibey
28.02.94. Keleki
Oxunub: 213
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 


ILK-10