backend

Zaqatala DYP-dən nazirə şikayət: “Rəis bizə “qan udurur”, dərimizi soyur…”

Zaqatala DYP-dən nazirə şikayət: “Rəis bizə “qan udurur”, dərimizi soyur…”

Son illər yol polisi əməkdaşlarının sosial rifahının, eləcə də iş şəraitlərinin yaxşılaşdırılması istiqamətində dövlət səviyyəsində bir sıra ciddi islahatlara imza atılıb. Belə ki, onların əməkhaqları nəzərəçarpacaq dərəcədə artıb, həmçinin Dövlət Yol Polisi (DYP) işçiləri ən müasir avtomobillərlə təmin olunub. Yol polisi əməkdaşları ən müasir texnologiya ilə təchiz edilmiş avtomobillərlə təmin edilib, onların sosial rifahı xeyli yaxşılaşdırılıb. Lakin buna baxmayaraq, DYP əməkdaşları arasında hələ də sürücülərlə normal rəftar etməyənlər var. Misal kimi, polis baş leytenantı Elgün Əliyevin rəisi olduğu Zaqatala rayon Dövlət Yol Polisi İdarəsini (DYPİ) göstərmək olar. Bununla bağlı cumhuriyyet.az-a üz tutan Zaqatala sakinləri Rayon Dövlət Yol Polis (DYP) bölməsinin rəisi Elgün Əliyevin idarəçilik sistemindən yazıblar. E.Əliyev bundan əvvəl Tərtərdə yerləşən Şuşa polisində çalışıb. Amma onun gəlişi Bərdə üçün qara gün kimi qeyd olunur.
Bizə ünvanlanan şikayətə keçməzdən öncə, xatırladaq ki, DYP fəaliyyəti ilə bağlı problem o qədər aktual və yayğındır ki, ölkə başçısı İlham Əliyev bir neçə dəfə mövzuya qayıtmış və ən yüksək tribunadan məmurları və onların azğınlaşmış övladlarına xəbərdarlıq etmək zorunda qalıb. Ölkə başçısının müdaxiləsindən sonra paytaxtda “avtoşluqla” məşğul olan məmur balalarına qarşı xüsusi reydlər təşkil olundu və onlar cəzalandırıldı. Amma təəssüf hissiylə qeyd etməliyik ki, problem bölgələrdə hələ də qalmaqdadır. Məsələn, Zaqatala rayonunda məmurların və məmur övladlarının qanunsuzluqları sərhəd tanımır. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatda bildirilir ki, Zaqatala DYP-nin rəisi, mayor Elgün Əliyev vəzifəsinin öhdəsindən layiqincə gələ bilməməsi rayonu məmur və məmur balaları üçün “avtoşluq” təcrübələri üçün meydana çevirib. Daxil olan məlumata görə, Zaqatala DYP-nin rəisi yerli oliqarxlardan və məmurlardan çəkindiyindən rayonda müntəzəm olaraq yol hərəkəti ilə bağlı ciddi “ÇP”-lər baş verir.
Rayon sakinləri müraciətin sonunda xahiş edirlər ki, cənab nazir Zaqatala DYP-dəki vəziyyəti nəzarətinə götürsün və nazirlikdən xüsusi qrup göndərilsin, araşdırma aparılsın. Zaqatala DYP əməkdaşları tərəfindən sürücülərin yeri gəldi-gəlmədi saxlanması, sənədlərinin əlindən alınması, avtomobillərin cərimə meydançasına aparılması adi hala çevrilib. Hər gün Zaqatalada “reyd”ə çıxan yol polis əməkdaşları maşınları dayanma-durma hərəkətini pozma, sağdan ötmə əməliyyatı etmə və s. bəhanələrlərlə saxlayırlar.Nazirə müraciət edən sürücülər bildirirlər ki, Zaqatala Bakı kimi böyük şəhər deyil: “Zaqatalada bu cür yol hərəkət qaydaları sürücülər tərəfindən nadir hallarda pozulur. Ancaq DYP əməkdaşları günümüzü qara ediblər”. Sürücülər deyirlər ki, onların DYP bölməsinə çağrılaraq “cərimə”lənməsi üçün yeni metodlar ixtira olunub: “Çağırıb deyirlər ki, dünən içkili maşın idarə etmisən, görən olub, bizə məlumat veriblər. Yəni, kiminsə məlumatı əsasında bir gün sonra “paxmel” sürücünü çağırıb “cərimələmək” analoqsuz qanundur. Bu kimi qanunsuz, ağlasığmaz özbaşınalıqlar Elgün Əliyev DYP rəisi təyin olunduqdan sonra başlayıb. Zaqatalada açıq-aşkar narazı sürücü “ordusu yetişməkdədir”.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Musayev Vüqar Rəcəb oğlu