backend

Məşhur Baş redaktorun namizədliyi qeydə alındı - "Ümid edirəm ki, 2005-ci ildə məni seçən mingəçevirlilər yenidən eyni seçimi edəcəklər"

Məşhur Baş redaktorun namizədliyi qeydə alındı - "Ümid edirəm ki, 2005-ci ildə məni seçən mingəçevirlilər yenidən eyni seçimi edəcəklər"

DİA.AZ saytının Baş redaktoru Məhəmməd Ərsoyun namizədliyi qeydə alınıb.

Bununla bağlı Bia.az-a açıqlama verən Məhəmməd Ərsoy bildirib ki, Prezident İlham Əliyevin çağırışı ilə vətənini, millətini sevən bir gənc olaraq yenidən namizəd olmaq qərarını verib:

"2005-ci ildə Mingəçevirdən 47 saylı dairədən deputatlığa namizəd olmuşdum. Böyük fərqlə hazırki deputat Aydın Mirzəzadəyə qalib gəlsəm də, qələbəm rəsmən tanınmadı. İndi isə yenidən seçkilərə qatılmaq qərarını verdim.

Nə 2010-cu ildə, nə də 2015-ci ildə namizəd olmadım. Çünki artıq seçki sisteminə inamım qalmamışdı.

Amma indi inanıram və Prezidentimin çağırışına söykənərək bu seçkilərdə yenidən 47 saylı seçki dairəsindən namizədliyimi irəli sürmüşəm.

Ümid edirəm ki, 2005-ci ildə məni seçən mingəçevirlilər yenidən eyni seçimi edəcəklər"
.


Qaynarxett.az