"Nar+" istifadəçilərinin sayı 100 mini ötüb

maraqli / Iqtisadiyyat 3-02-2020, 16:05


Azərbaycanın mobil rabitə operatoru olan “Azerfon” şirkətinin (“Nar” ticarət nişanı) artıq 5 ay abunəçilərin istifadəsinə verdiyi tətbiqdən qeydiyyatdan keçənlərin sayı 100 mini ötüb.
Mobil operatorun abunəçiləri “Nar+” vasitəsilə bir neçə saniyə ərzində özlərinə ən uyğun tarifə qoşula, mövcud tarifi dəyişə, yeni internet paketi sifariş edə, bonuslarını yoxlaya və yeniləyə bilirlər. Tətbiqlə sərfiyyat haqqında izahlı qaiməni də şəffaf şəkildə əldə etmək mümkündür.
Bundan əlavə, tətbiqin daha bir unikal xüsusiyyəti eyni anda vahid platforma üzərindən 5-dək hesaba nəzarət etmə imkanı verməsidir. Belə ki, əgər bir neçə şəxsi “Nar” nömrə istifadə edirsinizsə və ya yaxınlarınızın hesabında əməliyyat aparmaq lazımdırsa, tətbiqdən çıxmadan bir kliklə bir hesabdan digərinə keçid edə bilərsiniz.

Qeyd edək ki, “Nar+” tətbiqini AppStore və PlayStore-dan yükləmək mümkündür. Tətbiq haqqında daha ətraflı məlumatı https://www.nar.az/plus/ səhifəsindən əldə etmək olar.
Oxunub: 377
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 


ILK-10