Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Qəşəd kəndində vətəndaşları qəbul edib

Sosial / Bolge 5-03-2020, 13:35


Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev 27 fevral 2020-ci il tarixdə hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Qəşəd kənd sakinlərini qəbul edib.
RİH başçısı 2020-ci ildə səyyar görüş qrafikinə uyğun olaraq hər həftə rayonun inzibati ərazi dairələrində vətəndaşlarla görüşlərdə qaldırılmış məsələlərin araşdırılaraq qanunamüvafiq icra olduğunu bildirib. Vurğulayıb ki, Prezident cənab İlham Əliyev tərəfindən ölkəmizdə aparılmış islahatlar, vətəndaşların yaşayış səviyyəsinin artırılması istiqamətində verilmiş qanun və sərəncamlar respublikamızın sürətli iqtisadi inkişafını təmin etmiş, ölkəmizdə sabitliyin qorunub saxlanılmasında mühüm rol oynamışdır.
Səyyar qəbulda başçı 2019-cu ildə baş vermiş təbii fəlakət nəticəsində ziyan dəymiş fərdi yaşayış evləri ilə bağlı zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərindən ibarət komissiya tərəfindən 01 iyun 2019-cu il tarixə kimi RİH-də qeydiyyata alınmış 3085 evə ilkin baxış keçirilərək 355 evə qəzalı, 512 evə bərpa-gücləndirmə, 2089 evə təmir rəyi verildiyini bildirilib. Hazırda 253 qəzalı evin tikilərək istifadəyə verildiyini, 152 evdə bərpa-gücləndirmə və 1017 evdə isə təmir işlərinin başa çatdığını qeyd edilib.
Sonra bir qrup kənd sakinləri Qəşəd kəndinə Oğuz-Qəbələ-Bakı su kəmərindən içməli suyun verilməsi, kənd ərazisində qaz xətlərinin çəkilməsi, rayon ərazisində elektrik təsərrüfatının yenilənməsi sahəsində müəyyən işlərin görülməsi və Ağsu rayonunun sosial-iqtisadi inkişafı üçün verilmiş Sərəncamlara görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Görüşdə vətəndaşlar tərəfindən kənd yollarının təmir olunmasına, işlə təminat, kənd əhalisinin telefon rabitəsi və internet xidməti ilə təmin edilməsinə kömək göstərilməsi barədə məsələlər qaldırılıb. Təkliflər ətrafında müzakirələr aparılaraq onların icrasının təmin olunması üçün aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Oxunub: 791
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 


ILK-10