backend

Çeyildağ qəsəbəsində səyyar görüş keçirilib - Qaradağda

Çeyildağ qəsəbəsində səyyar görüş keçirilib - Qaradağda
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Çeyildağ qəsəbə sakinləri ilə növbəti səyyar görüşünü keçirdi.
Görüşdə rayonun hüquq-mühafizə orqanları, rayon İcra hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak edirdilər.
Keçirilmiş səyyar qəbulda 100-ə yaxın qəsəbə sakinləri iştirak edirdi.
Qəbula gələn qəsəbə sakinlərindən 19 nəfəri fərdi qaydada dinlənildi.
Qəsəbə sakinləri qəsəbədə aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını və ölkə rəhbərinə öz dərin minnətdarlıqlarını bildirərək onları narahat edən problemlərdən danışdılar.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov müraciətlərdə qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov qəsəbə ərazisində görülən işlər və nəzərdə tutulmuş işlər barədə ətraflı məlumat verdi.
Çeyildağ qəsəbəsində səyyar görüş keçirilib - Qaradağda
Çeyildağ qəsəbəsində səyyar görüş keçirilib - Qaradağda
Çeyildağ qəsəbəsində səyyar görüş keçirilib - Qaradağda