backend

5 RAYONUN PROKURORU VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Ramil Usubovun qudası və daha kimlər...



Azərbaycanda 5 rayonun prokuroru vəzifədən azad edilib. Bununla bağlı yeni Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, aşağıda adları qeyd olunan şəxslər təqaüdə göndərilib:

Xətai rayon prokuroru Yusif İldırımzadə,

Sabunçu rayon prokuroru Ceyhun Şirinov,

Nəsimi rayon prokuroru Salman Məmmədli,

Qəbələ rayon prokuroru Məqsəd Orucov,

Yevlax rayon prokuroru Elxan Pənahov.

Eyni zamanda Baş Prokurorluğun Maddi-texniki təminat idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Niyaz Məmişov da təqaüdə göndərilib.

Qeyd edək ki, E.Pənahov Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun qardaşıdır. Yusif İldırımzadə isə keçmiş Daxili İşlər naziri Ramil Usubovun qudasıdır.