backend

Tacir Şahmalıoğlunun qəza keçirən oğlu danışdı - “Qarşıma maşın çıxdı...”

Xəbər verdiyimiz ki, müğənni Tacir Şahmalıoğlunun oğlu 23 yaşlı Şahmalı Taciroğlu avtomobil qəzası keçirib. 
ARB telekanalında qonaq olan ifaçı efir zamanı xəbəri alıb. Efirdə halı pisləşən T.Şahmalıoğluna təcili yardım çağrılıb. 
Hadisə ilə bağlı Yenisabah.az-a danışan müğənni Şahmalı Taciroğlu hazırda vəziyyətinin yaxşı olduğunu deyib:
“Həmin gün efirdən çıxdım ki, balaca qardaşım Ömürü aparıb əmimgilə qoyum. Çünki uşaq narahat idi. Onu əmimgilə qoydum, qayıdanda qarşıma maşın çıxdı və olay oldu. Şükür ki, hazırda sağ-salamatlıqdır və qardaşım yaxşı ki, maşında yox idi. Bir az ayağım əzilib, amma yaxşıyam. Qəzada günah məndə olmayıb, qarşıma maşın çıxdı. Bəzi yerlərdə yazırlar ki, günah məndə olub, xeyr”.