backend

Türkiyədə azərbaycanlıdan görünməmiş fırıldaq

Türkiyədə azərbaycanlıdan görünməmiş fırıldaq
























Dələduzluq metodu polisi heyrətə salıb

Türkiyənin Muğla qəsəbəsində Çində düzəldilmiş, məşhur markaları imitasiya edən 5 dollarlıq saatları 10 min dollara satan şəbəkə üzvlərindən biri tutulub, qalanları axtarışdadır.

qaynarxett.az Virtualaz.org saytına istinadən xəbər verir ki, bu dələduzluq hadisəsi 2014-cü ilin avqust ayında Muğlanın Milas qəsəbəsində baş verib.

Şəbəkə üzvlərinin tətbiq etdiyi dələduzluq metodu polisi heyrətə salıb. Həmin vaxt qəsəbədə M.Ö. adlı pensiyaçıya yaxınlaşan şəbəkə üzvlərindən biri Azərbaycan ləhcəsi ilə ondan ünvan soruşub, başını qatıb. Lakin M.Ö. bu şəxsin danışdıqlarını yaxşı anlamadığından guya təsadüfən yaxınlıqdan keçən, əslində mütəşəkkil dəstənin üzvü olan A.K.-dan kömək istəyib.

Bu zaman ünvan soruşan şəxs deyib ki, yanında Azərbaycandan gətirdiyi bahalı saatlar və mobil telefonlar var, onları satmaq üçün lazım olan ünvana aparmalıdır.

A.K. isə M.Ö.-yə deyib ki, saatlar çox bahalıdır və onları elə özü də ala bilər. Bir-birlərini tanımırmış kimi davranan şəbəkə üzvləri A.K. və A.P. yanlarına Muğla sakinini də alıb saata baxmaq, onun qiymətini müəyyənləşdirmək üçün yaxınlıqdakı kafeyə gediblər.

Orada A.K. deyib ki, saatların qiymətini müəyyənləşdirmək üçün zərgər çağırmaq lazımdır. O, əslində şəbəkənin üzvü olan, özünü “zərgər” kimi təqdim edən F.K.-ni çağırıb.

“Zərgər” kafeyə gələrək saatlara baxıb və 10 ədəd saatın qiymətini müəyyən edib - 20 min türk lirəsi.

Bundan sonra şəbəkə üzvləri qızıl suyuna batırılmış saatları qızıl saat adına 20 min TL-yə M.Ö.-yə sırıyıblar. M.Ö. fırıldaqçılarla birlikdə yerli bank şöbəsinə gedib və saatları almaq üçün bankdan 20 min TL kredit götürüb. Şəbəkə üzvləri pulu alandan sonra hadisə yerindən uzaqlaşıblar.

Eyni fırıldaq daha sonra N.Ç. adlı Muğla sakininə qarşı da tətbiq edilib. Fırıldaqçılar ona da 10 ədəd saxta saatı 20 min TL-yə sataraq aradan çıxıblar. Daha sonra fırıldaq qurbanları saatları zərgərə yoxladaraq aldadıldıqlarını başa düşüblər və polisə şikayət ediblər.

Polis axtarışlardan sonra şəbəkə üzvlərindən F.K.-nin Aydın bölgəsində olduğunu müəyyən ediblər və dekabrın 9-da onu yaxalayıblar. Fırıldaqçı şəbəkənin digər üzvləri axtarılır.