backend

Ermənistana qaytarılan Gevorkyan ailəsi sağlam çıxdı: “qəddar rəftar” iddiası puç oldu

Ermənistana qaytarılan Gevorkyan ailəsi sağlam çıxdı: “qəddar rəftar” iddiası puç oldu












2010-cu ildən bu yana Azərbaycanda saxlanılan və bu həftə Ermənistana qaytarılan beş nəfərlik erməni ailəsinin üzvləri hərtərəfli tibbi müayinədən sonra “turp kimi” sağlam çıxıb.

qaynarxett.az saytı erməni qaynaqlarına istinadən xəbər verir ki, Gevorkyan ailəsinin üzvləri İrəvandakı “Surb Qriqor Lusaroviç” tibb mərkəzində müayinədən keçiblər.

Mərkəzin direktor müavini Qaqik Manukyan bildirib ki, ailə üzvlərinin vəziyyəti normaldır, onlarda hər hansı virus və ya xəstəlik aşkarlanmayıb. Manukyan ailənin tezliklə evə buraxılacağını deyib.

Bundan əvvəl erməni tərəfi Gevorkyan ailəsinin üzvlərinin Azərbaycanda “qəddar rəftara” məruz qaldığını, “qeyri-insani şəraitdə saxlanıldığını” iddia edirdi. 4 ildir Bakıda Azərbaycanın çörəyini yeyən erməni ailəsindən geri qayıdan kimi “üzləşdikləri qəddar rəftar” barədə açıqlamalar almışdılar. Məsələn, ailənin başçısı Yegişe Gevorkyan kameraların qarşısına keçərək iddia edib ki, Azərbaycanda 4 il boyu onun ailəsini “siçovulların gəmirdiyi toyuq əti” yeməyə məcbur olub. Həmçinin onun özünü dəfələrlə döyüblər, toka veriblər.

Yegişenin arvadı Ruzanna da “üzləşdikləri qəddar rəftar” haqda danışıb.

Lakin maraqlıdır ki, ermənilərin 4 il əvvəl Azərbaycana qaçan residivist Gevorkyanın və ailə üzvlərinin “qəddar rəftara məruz qaldıqları” haqda təbliğatı təzəcə qızışmaqda ikən tibbi müayinə erməni ailəsinin üzvlərinin tamamilə sağlam olduğunu müəyyən edib. Axı bu necə qəddar rəftar olub ki, Gevorkyan və ailə üzvləri “turp kimi” sağlam qalıblar və bu “qəddar rəftar”, “siçovulların gəmirdiyi toyuq əti” onların səhhətində heç bir mənfi fəsad törətməyib?

Gevorkyanların nümunəsindən göründüyü kimi, erməni xisləti dəyişməz qalır: illərlə çörəyini yediyi ev sahibinə ilk fürsətdəcə zərbə vurmaq.