backend

Azərbaycan 11 aya 30 milyon ton neft satıb

Azərbaycan 11 aya 30 milyon ton neft satıb






















DGK məlumat yaydı.

Azərbaycan 2014-cü ilin 11 ayı ərzində 30 mln. 236 min 3,7 ton neft ixrac edib. Bu, ötən ilin analoji dövrünün göstəricisindən 3,6% azdır.

qaynarxett.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bu ilin 11 ayı ərzində, Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 24 mln. 591 min 321,5 ton, Bakı-Supsa neft kəməri ilə 3 mln. 855 min 770,9 ton, Bakı-Novorossiysk neft kəməri ilə 933,336 min ton neft ixrac olunub. Dəmir yolları ilə Gürcüstan limanlarına 855 min 575,3 ton neft daşınıb.

DGK-dan bildirilib ki, yanvar-noyabr aylarında Azərbaycandan 1 mlrd. 266 mln. 533,18 min dollar məbləğində 1 mln. 884 min 426,48 ton neft məhsulu ixrac olunub.