backend

Spiker Azərbaycanın Krımla bağlı sanksiyalara qoşulmamasının səbəbini açıqladı

Spiker Azərbaycanın Krımla bağlı sanksiyalara qoşulmamasının səbəbini açıqladı















“ABŞ Konqresi Gürcüstana 75, Ermənistana 25 milyon, Azərbaycana 23 milyon dollar yardım ayırıb. Bu illər ərzində Ermənistana ayrılan yardım 2 milyard, Qarabağ separatçılarına ayrılan yardım isə 83 milyon dollardan artıq olub”

Bunu parlamentin dünənki iclasında çıxış edən deputat Zahid Oruc deyib. Deputat bildirib ki, ABŞ bu yardımı kəssə, Qarabağ probleminin həllinə yardımçı olar: “Mən Avropa Birliyi və ABŞ-a müraciət edirəm ki, Ermənistana və Qarabağa yardımı dayandırsın, deputatların səfərlərinə qadağa qoysun”.
Deputat bildirib ki, Azərbaycan parlamenti də Avropa Parlamentinə müraciət edərək, avropalı parlamentarilərin separatçı rejimin nəzarətində olan Azərbaycan ərazilərinə səfərinə birdəfəlik qadağa qoyulmasını tələb etməlidir.
Spiker Oqtay Əsədov isə deyib ki, artıq Avropa Parlamentinə belə müraciət edilib.
O. Əsədov həmçinin bildirib ki, Azərbaycan Ukrayna məsələsində bu ölkənin ərazi bütövlüyünü dəstəkləyib, amma Krıma qarşı sanksiyalara qoşulmayıb: “Çünki eyni sanksiyaların separatçı Dağlıq Qarabağ rejiminə da tətbiq olunmasını tələb edirik”.

KİV haqqında qanun sərtləşdirildi

Azərbaycanda kütləvi informasiya vasitələrinin (KİV) istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılması hallarında müvafiq dəyişikliklər edilib

“Kütləvi informasiya vasitələri haqqında” qanuna edilən yeni dəyişikliklərə əsasən, KİV artıq məhkəmənin qərarı ilə qərəzli yazılara görə il ərzində 2 dəfə məsuliyyətə cəlb edildikdə onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılacaq. Hazırkı qanunda isə iddianın qaldırılması üçün tələb olunan məsuliyyətə cəlb edilmə hallarının sayı 3-ə bərabərdir.
Sözügedən dəyişikliyin edilməsi barədə qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirə edilərək qəbul olunub.

Vahid Əhmədovdan tələb: "Benzin ucuzlaşsın!"

Spiker Azərbaycanın Krımla bağlı sanksiyalara qoşulmamasının səbəbini açıqladı












Millət vəkili Vahid Əhmədov parlamentin iclasında ölkədə benzinin qiymətinin aşağı salınması təklifi ilə çıxış edib

Millət vəkilinin bildirdiyinə görə, dünya bazarında neftin qiyməti kəskin olaraq aşağı düşür: “Hazırda bazarlarda qiymət 60 dollardır. Bununla əlaqədar Rusiyada, Türkiyədə, Gürcüstanda benzinin qiymətində ciddi enmələr baş verir. Azərbaycan “A-95 premium” markalı benzini xaricdən idxal edir. Tarif Şurası bu məsələyə baxmalıdır. Hesab edirəm ki, ölkədə benzinin qiymətinin tənzimlənməsinə ehtiyac var”.
Xatırladaq ki, V.Əhmədov bu təkliflə dəfələrlə mediada da çıxış edib.


“Avtobus sürücüləri narkotikdən istifadə edir”

Spiker Azərbaycanın Krımla bağlı sanksiyalara qoşulmamasının səbəbini açıqladı













Deputat Qüdrət Həsənquliyev ölkə yollarındakı fəlakətli vəziyyətdən bəhs edib. O, Nəqliyyat və Daxili İşlər nazirliklərinin diqqətini marşrut avtobuslarının törətdiyi qəzalara yönəldib

Q.Həsənquliyev Avropa səfəri zamanı avtobusdan istifadə edərkən üzləşdiyi maraqlı məqamları da həmkarları ilə bölüşüb. O deyib ki, Avropada bir sürücü gündə 8 saatdan artıq maşın sürə bilməz. Həmçinin sürücü qaydaları pozduğu, sürəti həddən artıq artırdığı halda, avtomatik şəkildə xüsusi cihaz işə düşür və maşın sönür.
Azərbaycandakı durumla bağlı danışarkən isə deputat sensasion bir məlumatı çatdırıb: “Əhali arasında belə məlumatlar yayılıb ki, avtobus sürücüləri 16 saat çalışır. 8 saatdan sonra sürücülər yorğunluğu hiss etməsinlər deyə, hətta narkotik maddələrdən istifadə edirlər”.
O, bu önəmli məlumatın ciddi şəkildə araşdırılmasını istəyib.
Q.Həsənquliyev sürət həddinin ifrat şəkildə aşılmasına görə sürücülərin cinayət məsuliyyətinə cəlb olunmasını da təklif edib: “Çünki belə hallarda özləri cəhənnəm, ətrafdakı insanları, sərnişinləri fəlakətlərə düçar edirlər”.
Eyni zamanda deputat Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Ramiz Hüseynova müraciətlə avtobusların dərhal sözügedən cihazla təmin olunmasını zəruri sayıb. Ramiz Hüseynov isə Q.Həsənquliyevin qaldırdığı məsələlərə reaksiya verərək bunları bildirib: “Həqiqən də Qərb ölkələrinin əksəriyyətində rəqqəmsal taxoqraflar qurulub. Bu məsələ də gündəmdədir. Nəqliyyat Nazirliyi tərəfindən müvafiq işlər görülüb. Yaxın vaxtlarda bu, öz həllini tapmalıdır. Sürət həddinin aşılmasına görə cinayət məsuliyyətinin nəzərdə tutulması, bəlkə də aktualdır. Bu gün sürət həddinin aşılmasına görə 250 manat cərimə nəzərdə tutulur. Avtrobus sürücülərinin 8 saatdan artlıq işləməsi isə həqiqətən təhlükəlidir. Yaxın vaxtlarda avtobuslarda sərnişin daşımalarının təşkili məsələsi köklü surətdə dəyişdiriləcək”.


"İşçiləri icbari sığortası olmadan çalışdıranlara qarşı ciddi mübarizə aparılmalıdır"

Spiker Azərbaycanın Krımla bağlı sanksiyalara qoşulmamasının səbəbini açıqladı


















Millət vəkili Qənirə Paşayeva istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətini itirən vətəndaşların hüquqlarının daha ciddi qorunması təklifləri ilə çıxış edib

Milli Məclisdə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta haqqında qanuna dəyişikliklər müzakirə olunan zaman millət vəkili Qənirə Paşayeva bu dəyişiklikləri dəstəkləyib və vurğulayıb ki, ən çox belə hallardan biri tikinti sektorunda baş verir. Millət vəkili qeyd edib ki, bu sektor da daxil olmaqla, bəzi özəl sahələrdə işçilər əmək müqaviləsi və icbarı sığortası olmadan çalışdırılırlar. Buna qarşı da sərt mübarizə aparmaq lazımdır, çünki istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətini itirməklə vətəndaşlar ağır vəziyyətlə üzləşirlər. Ona görə əmək müqaviləsi və icbari sığortası olmadan çalışdıranlara qarşı çox ciddi mübarizə aparılmalıdır. Bədbəxt hadisələr zamanı peşə-əmək qabiliyyətini itirənlərin icbari sığorta haqlarını almalarında bəzi hallarda rast gəlinən süründürməçilik hallarının olması və bununla bağlı bəzən vətəndaşlardan şikayətlərin və müraciətlərin gəldiyini qeyd edən millət vəkili Qənirə Paşayeva bu cür süründürməçilik hallarının son qoyulmasının vacibliyini və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətini itirmiş vətəndaşların normal şəkildə sığorta haqlarından yararlana bilmələrinin böyük önəmini vurğulayıb və bu sahədə mexanizmlərin və görülən işlərin keyfiyyətinin daha da artırılmasının vacibliyini qeyd edib.


Fərəc Quliyevdən maraqlı təklif


Spiker Azərbaycanın Krımla bağlı sanksiyalara qoşulmamasının səbəbini açıqladı















“Rusiyadan Azərbaycana qayıdan soydaşlarımızla bağlı fond yaradılsın”

Millət vəkili Fərəc Quliyev Milli Məclisin toplantısında bir sıra maraqlı təkliflərlə çıxış edib. Millət vəkilinin parlamentdəki çıxışının tam mətnini təqdim edir:

“Hörmətli kolleqalar,2014-cü ilin dövlət büdcəsində neftin bir barelinin qiymətinin 100 dollar nəzərdə tutulmasına və dünya bazarında neftin qiymətinin son azalmalarına baxmayaraq, bu ilin ilk 11 ayında neftin orta satış qiyməti 103.89 dollar olub ki, bu da büdcədə nəzərdə tutulan rəqəmdən yüksəkdir.
Dövlət büdcəsinin xərclər hissəsində ciddi qənaət müşahidə edildi. Sözügedən dövrdə dövlət büdcəsinin mədaxili 14,070 milyard manat, xərcləri 12,693 milyard manat olub, 1,377 milyard manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb. Sözügedən müddətdə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 86,0 faiz və yaxud 1,269 milyard manat az icra olunub. Deməli, pul olmasına baxmayaraq, büdcə xərclərinə 14 faiz qənaət edilib, demək olar ki, əksər xərclər üzrə qənaət tətbiq edilib. 2015-ci ildə bu profsitdən faydalanmaq imkanı var. Bilirsiniz ki,Rusiyadakı vəziyyətlə bağlı soydaşlarımızın xeyli hissəsi Azərbaycana qayıdır.Onlara dövlətin dəstək çıxması və və faydalı çalışdırılması üçün qənaət olunmuş vəsait hesabına bir fond yaratmaq mümkündür.Təklif edirəm ki,Rusiyadan qayıdan soydaşlarımız müvafiq icra hakimiyyəti orqanlarından birinin, məsələn Dövlət Miqrasiya Xidməti İdarəsinin nəzdində yaradılmış kadr banklarında qeydiyyata alınsın. Soydaşlarımız əyalətlərdə iş qurmaqla bağlı layihələrini təklif olunan fonda təqdim edərək həm oz vəsaitlərini qoymaqla və bu fonddan da müəyyən dəstək almaqla iş qursunlar.Bu əyalət siyasəti,qeyri-neft sektorunun inkişafına ciddi təkan olar. Sahibkarlığın inkişaf etdirilməsi istiqamətində də qanunların icrasına ciddi nəzarət olunmalıdır. Dövlət-sahibkar münasibəti istiqamətində müəyyən müsbət işlər görülübdür.Məsələn,Sahibkarlığın inkişaf etdirilməsi, onlara güzəştli kreditlərin verilməsi üçün gələn ilin dövlət büdcəsində Sahibkarlığa Kömək Milli Fonduna 100 mln. manat vəsait nəzərdə tutulub. Milli Məclis də öz növbəsində sahibkarlığın inkişafı üçün qanunvericilikdə dəyişikliklər edib.Dəyişikliyə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin pozulmasına görə, vəzifəli şəxslərə cərimə nəzərdə tutulur. Muvafiq icra hakimiyyəti orqanlarının bu qanuna ciddi əməl etməsi vəziyyəti yaxşıya xeyli dəyişər.

Materialı hazırladı: A.Ramazanqızı