backend

Prezident “Qarabağ”a torpaq verdi

Prezident “Qarabağ”a torpaq verdi






















"Bu, ölkədə futbolunun inkişafına təsir edəcək"

Prezident İlham Əliyev “Qarabağ” Futbol Klubunun uşaqlar üçün Futbol Akademiyası tikməsi məqsədi ilə yerlə təmin olunmasına göstəriş verib.

qaynarxett.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya klubun direktoru Emrah Çelik məlumat verib.

O bildirib ki, prezidentlə bu gün keçirilən görüşdə belə bir tapşırıq İlham Əliyev tərəfindən verilib:

“Bilirsiniz ki, Tofiq İsmayılov adına stadionun əsas hissəsində “Qarabağ” FK-nun baza stadionu tikilib.

Stadionun boş qalan hissəsində isə uşaqlar üçün futbol akademiyası tikmək istəyirdik. Bu, ölkədə uşaq futbolunun inkişafına təsir edəcək. Orada məşqlər həyata keçiriləcək. Biz bu istəyimizi ölkə başçısı ilə görüşdə səsləndirdik. O da stadionun boş qalan hissəsində uşaq akademiyası tikilməsinə razılıq verdi”.