backend

Azərbaycanda məscidlərdə kameralar quraşdırılacaq

Azərbaycanda məscidlərdə kameralar quraşdırılacaq






















Dövlət Komitəsinin rəhbəri bunu zəruri hesab edir

Azərbaycanda bütün məscidlərdə mühafizə sisteminin qurulması ilə bağlı iş aparılır.

qaynarxett.az-nun APA-ya istinadən verdiyi məlumata əsasən, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Azərbaycanda bəzi məscidlərin xüsusi mühafizə sisteminin olduğunu deyən Mübariz Qurbanlı amma bunun bütün məscidlərdə olmadığını açıqlayıb:

“Ona görə də hesab edirik ki, məscidlərdə mühafizə sisteminin qurulması zəruridir. Biz bu istiqamətdə işlər görürük”.