backend

Yunanıstan və Suriya Türkiyəyə hücuma keçdi - Türk döyüş təyyarələri havaya qalxdı

Yunanıstan və Suriya Türkiyəyə hücuma keçdi - Türk döyüş təyyarələri havaya qalxdı















Egey dənizi üzərində uçan iki yunan təyyarəsi eyni məkanda uçuş keçirən Türk Hava Qüvvələrinin F-16 təyyarəsinin radarlarını kilidləyərək hücum edib

qaynarxett.az-nun məlumatına görə, Avropa.info xəbər verir ki, qaydalara uyğun yunan təyyarəsinin cavabı verilərək geri oturdulub.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərərgahının rəsmi saytında hadisə ilə bağlı açıqlama verilib. Açıqlamaya görə, "F-16” türk təyyarəsi Egey dənizi üzərində təlim uçuşu keçirərkən yunan təyyarələrinin hava təcavüzünə məruz qalıb. Türk təyyarəsi eyni şəkildə cavab verib.
Daha bir insident Suriya sərhədində qeydə alınıb. Suriyaya aid "Su-24” təyyarəsinin sərhədi yaxınlaşması məlumatlı alınan kimi hadisə yerinə İncirlik hava bazasından qalxan F-16 təyyarəsi göndərilib. Suriyaya aid təyyarə Türkiyə sərhədinə 2,1 dəniz mili məsafə qalmış geri dönüb.