Jurnalistin evində qətl

hadise 1-01-2015, 00:30
Jurnalistin evində qətl

Türkiyə prezidenti Turqut Özalın dostu, məşhur jurnalist Mehmet Barlasın oğlu Cəmil Barlasın evində türkmənistanlı qadın qulluqçu birlikdə işlədiyi qadın həmyerlisini vəhşicəsinə qətlə yetirib.

qaynarxett.az ANS PRESS-ə istinadən məlumatına görə, qətlə yetirilmiş Maya Gözəl Kərimova qatilin işlədiyi villanın duşunda qətlə yetirilib. Ayrı-ayrı evlərdə çalışan Türkmənistan vətəndaşlarının arasında dava 2 min dollar borc üzündən düşüb.

Qatil qadın həmyerlisini bıçaqlayaraq öldürdükdən sonra villanın duşunda onu parçalayaraq sellofon torbaya yığıb, sonra onu çamadana qoyaraq Zekeriyeköydə meşəyə atıb. Cinayət qadın xidmətçinin türkmən sevgilisinin polisə müraciəti nəticəsində ortaya çıxıb.

Tirkiş adlı türkmən Maya Gözəl Kərimovanın itkin düşdüyünü bildirib. "Onunla 4 ildir birlikdəyik. İşlədiyi yerdə icazəli olduğu günlər Bayrampaşaya yanıma gəlirdi. İtdiyi gün mənə zəng etmişdi və eyni məhəllədə başqa bir villada çalışan rəfiqəsi Sahicemalın yanına gedəjəyini söyləmişdi. Ancaq bir daha ondan xəbər ala bilmədim. Telefonu da bağlanıb",- deyə o bildirib.
Oxunub: 721
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 


ILK-10