backend

WhatsApp-la bağlı maraqlı xəbər

WhatsApp-la bağlı maraqlı xəbər

Dünyanın ən məşhur yazışma proqramını kompüterdə istifadə etmək mümkündür

Adam Içində Dünyanın ən məşhur yazışma proqramı Whatsapp-ı kompüterdə istifadə etmək mümkündür.

qaynarxett.az-nun ANS PRESS-ə istinadən yaydığı məlumata görə, Facebook tərəfindən satın alındıqdan sonra məşhurluğunu qoruyan mesajlaşma tətbiqinin 600 milyondan çox aktiv istifadəçisi var. Ancaq mobil sohbət tətbiqi hələlik kompüterdən mesaj göndərmək və qəbul etməyə icazə vermir. WhatsApp bəlkə bunu bilərək edir. Ancaq görünür mesajlaşma proqramını kompüterlərdə də istifadə etmək mümkün olacaq.

Bu funksiya Whatsapp tərəfindən rəsmi olaraq istifadəyə verilməsə də həmin funksiyanı başqa yollarla tətbiq etmək mümkündür. Kompüterdən WhatsApp-a girişi ən yaxşı təşkil edən vasitə isə hazırda "WhatsRemote"dur.

WhatsApp-ı və digər mesajlaşma tətbiqlərini emulatorlar vasitəsilə işlətmək mümkündür. Ancaq bu emulatorlar WhatsApp-la sinxronlaşdırılmır və bu, problemlər yaradır. "WhatsRemote" isə bu kimi problemləri həll etməyi bacarıb.

Veb tətbiqinin görünüşünün möhtəşəm olduğunu demək isə bir az çətindir. Ancaq veb tətbiqdə düzəlişlər edilir. Sol tərəfdə söhbətlərin tam siyahısını görə bilərsiniz. Hər hansı bir adın üzərinə basdığınızda kiçik bir pəncərə açılır və burada klaviatura və üz işarələrini istifadə edərək söhbətə başlaya bilərsiziniz.

"WhatsRemote" yeni mesaj aldığınızda xəbərdarlıq edir və səs çıxardır. Xəbərdarlıq zamanı mesajın özü də görünür. Amma "WhatsRemote" tətbiqi ödənişli xidmət göstərir və 6 ay üçün 1,5 dollar pul tələb edir. Tətbiqi satın almadan əvvəl isə 3 gün işlətmək mümkündür.