backend

Qubada aksiya - Kənd sakinləri yolu bağladı

Qubada aksiya - Kənd sakinləri yolu bağladı

Bakı-Quba yolunun Mirzəqışlaq kəndi ərazisindən keçən hissəsində kənd camaatı yolu bağlayıb.

qaynarxett.az Axar.az-a istinadən xəbər verir ki, Quba rayonunun Mirzəqışlaq kənd sakinləri yolu bağlamaqla sosial problemlərinə diqqət çəkmək istəyirlər. Bildirilir ki, kənddə qaz və işıq problemi var, ən ucqar dağ kəndlərinə yol çəkilsə də, Mirzəqışlağın yolu bərbaddır və rayon rəhbərliyi edilən müraciətləri cavabsız buraxır.

Hazırda rayon polisinin hadisə yerində olduğu vurğulanır. Polisin yolu açmaq üçün sakinlərlə apardığı danışıqlar hələlik nəticə verməyib.