backend

Messi aydınlıq gətirdi: “Mənə zərər vermək istəyirlər”

Messi aydınlıq gətirdi: “Mənə zərər vermək istəyirlər”





















“Barselona”nın ulduz futbolçu Lionel Messi transfer xəbərlərinə və komandanın baş məşqçisi Luiz Enrike ilə arasında baş verən problemə aydınlıq gətirib

qaynarxett.az xəbər verir ki, Messi transferi ilə bağlı yayılan bütün xəbərlərin şayiə olduğunu bildirib. Ulduz futbolçu bəzi insanların ona və “Barselona”ya zərər vermək istədiyini deyib:

“Mən “Barselona”dan heç vaxt ayrılmağı düşünməmişəm. Burada xoşbəxtəm. Mediada atamın transferimlə əlaqədar “Çelsi” və “Mançester Siti” rəhbərliyi ilə görüşməsi barədə xəbərlər yayılıb. Bunların hamısı yalandır. Atam heç bir komanda ilə transferim haqqında danışmayıb. Baş məşqçi Luiz Enrike ilə də aramızda heç bir problem yoxdur. Onunla rəqabət aparmıram. Mənimlə bağlı yayılan belə xəbərlərdən yorulmuşam. Bəzi insanlar mənə və “Barselona”ya zərər vermək istəyirlər, amma bu tip xəbərlər bizi komanda olaraq daha çox birləşdirir”.