backend

Bakıda dövlət binasına basqın edildi

Bakıda dövlət binasına basqın edildi






















Tapança və bıçaqla silahlanmış şəxs pulları aparıb

Yanvarın 14-də Bakıda quldurluq hadisəsi baş verib.

qaynarxett.az xəbər verir ki, Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, saat 19 radələrində tapança və bıçaqla silahlanmış naməlum şəxs Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” MMC-nin Sabir küçəsi70 ünvanında yerləşən 31 saylı poçt şöbəsinə basqın edib. Silahlı şəxs şöbənin əməkdaşlarını hədələyərək pul tələb edib. O, poçt şöbəsində olan 300 manata yaxın pulu götürərək aradan çıxıb.

Faktla bağlı zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.