backend

Övladı ölən ata Bakının məşhur klinikasına hücum çəkdi

Övladı ölən ata Bakının məşhur klinikasına hücum çəkdi






















O, daşla klinikanın şüşələrini sındırıb

İnsanların emosiyalarına hakim kəsilə bilməməsi bəzən ağır cinayətlərə yol açır.

Bakının ən məşhur klinikalarından birində ata həkimlərə qarşı hirsini qəribə formada göstərib. Hamilə xanımını Leyla Şıxlinskaya klinikasında yerləşdirən kişi aldığı xəbəri eşidib aləmi qatıb.

qaynarxett.az xəbər verir ki, xəstəxanadakı şahidlərin Milli.Az-a verdiyi məlumata görə, gənc xanım uşaq doğuşu üçün əməliyyata götürülüb.

Körpə isə ölü doğulub. Övladının ölməsinə əsəbiləşən ata klinikanı daşa tutub. O, daşla klinikanın şüşələrini sındırıb.

Məsələ ilə bağlı klinikadan ətraflı məlumat əldə etmək mümkün olmayıb.