backend

Moody's: Rusiyanın zəifləməsi Ermənistanda iqtisadi fəallığı azaldacaq

Moody's: Rusiyanın zəifləməsi Ermənistanda iqtisadi fəallığı azaldacaq























Agentlik Rusiyada ÜDM-in aşağı düşəcəyini proqnoz edir

Moody's beynəlxalq reytinq agentliyi Rusiyada 2015-ci ildə ÜDM-in 5.5%-ə qədər düşəcəyini proqnoz edir.

qaynarxett.az xəbər verir ki, Moody's-in qiymətləndirməsinə görə, Rusiyada iqtisadi artımın kəskin azalması öz növbəsində ölkənin Ermənistanda iqtisadi fəallığını azaldacaq.

Qeyd edək ki, artıq Dünya Bankı da Rusiyanın ÜDM-in 2015-ci ildə aşağı düşəcəyini proqnoz edib. Ekspertlərin fikrincə, enmə 2.9% təşkil edəcək. Əvvəlki qiymətləndirməyə əsasən, bu, 0.7% təşkil edirdi.

Rusiyanın iqtisadiyyat naziri Aleksey Ulyukaev öncə bildirib ki, 2015-ci ildə ÜDM-in azalması neftin qiymətinin 45 dollar olması ilə 4-5% təşkil edəcək.