backend

Ərdoğan Sarkisyanı belə doladı

Ərdoğan Sarkisyanı belə doladı






















Rəsmi dəvət göndərildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan Prezidenti Serj Sarkisyanı aprelin 24-də Çanaqqala qələbəsinin 100 illiyini qeyd edilməsi münasibətilə təşkil olunacaq bayram şənliklərinə dəvət edib.

qaynarxett.az Trend-ə istinadən xəbər verir ki, Ərdoğan Sarkisyanla yanaşı, 102 dövlət rəsmisini 24 apreldə Çanaqqala qələbəsinin 100 illiyinin qeyd edilməsi üçün təşkil olunacaq şənliklərə dəvət edib.

Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə aprelin 24-də Çanaqqala döyüşündə qazanılmış qələbənin 100 illiyinin qeyd ediləcəyini bildirib.

Onun sözlərinə əsasən, həmin gün Türkiyəyə bir sıra ölkələrin dövlət başçıları dəvət ediləcək.

Qeyd edək ki, Ermənistan aprelin 24-də qondarma "erməni soyqırımı"nın 100 illiyini qeyd etməyə hazırlaşır.