backend

General Ramiz Zeynalovdan 3-cü qrup əlilə hörmətsizlik

General Ramiz Zeynalovdan 3-cü qrup əlilə hörmətsizlikQurbanxan Dəmirov: "Göydə Allah, yerdə isə Prezident İlham Əliyevə güvənirəm" Son dövrlər DYP-də baş verən özbaşınalıqlarla bağlı ölkə mətbuatında silsilə yazılar dərc olunmaqdadır. Belə ki, DYP əməkdaşlarının kasıb təbəqənin nümayəndələrinə xüsusəndə əlillərə qarşı diqqətsiz yanaşmaları ölkə vətəndaşları tərəfindən birmənalı şəkildə qarşılanmır. Bu gün DYP-də yüksək post tutan məmurların qəbuluna düşmək əməlli-başlı müşkül məsələyə çevrilib. 15 ildən yuxarıdır ki, öz yumşaq "kreslo"sundan bərk-bərk yapışan DYP-nin başında duranlar sanki ölkə vətəndaşlarına qənim kəsiliblər. Belə ki, Baş Dövlət Yol Polis İdarəsinin rəisi Ramiz Zeynalov "zerkalni" dövlət nömrə nişanlarının ancaq imkanlı şəxslərə və oliqarx məmurlara bahalı qiymətə satılmasına xüsusi göstəriş vermişdir. Əyani sübutdur ki, bu gün orta səviyyədə yaşayan ailələr bərkgedən nömrə ala bilmirlər. Çünki qiymətlər olduqca baha olduğundan və Ramiz Zeynalovun hərisliyindən insanların arzusu ürəyində qalır. 9 aydır maşınına nömrə ala bilməyən, arzusu ürəyində olan və müraciətləri cavabsız qalan Qatı Heydərçi, İlhamsevər iş adamı, 3-cü qrup əlil Qurbanxan Dəmirov BDYPİ-də başına gələnləri Xalqxeber.Az-a danışıb. Belə ki, Şirvan şəhər sakini, 3-cü qrup əlil Qurbanxan Dəmirov 9 ay bundan öncə "Hundai Santafe" markalı avtomobil alıb. Övladlarının arzusunu reallaşdırmaqdan ötrü aldığı avtomobilə "zerkalni" nömrə almaq istəyib. Bununla bağlı BDYPİ-nə müraciət edən Qurbanxan Dəmirov ona qiymətlərin olduqca baha olduğunu dilə gətiriblər və 99--999 nömrəsinə ən azı 100 min manatından keçməsi tövsiyyə olunub. Deyilənlərə iradını bildirən Qatı Heydərçi, İlhamsevər iş adamı Qurbanxan Dəmirov kor peşman evinə geri dönüb. Şikayətçi 4 saylı Rayonlararası Qeydiyyat-İmtahan Bölməsinin rəisi polkovnik Vüqar Məmmədyarovla görüşərək ona BDYPİ-də qarşılaşdığı özbaşınalıqlarla bağlı danışıb. Vüqar Məmmədyarov ona bildirib ki, sən heç bir yerə şikayət etmə mən bu məsələni həll edəcəm və istədiyin nömrəni alacam. Ancaq bölmə rəisinin verdiyi sözdən 3 ay keçdiyini görən Dəmirov təkrar BDYPİ-nə müraciət edərək bildirib ki, BDYPİ-də baş verən özbaşınalıqlarla bağlı Nazir Ramil Usubova müraciət edəcəm və nömrənin dövlət rüsumu nə qədərdirsə onu ödəyəcəm. BDYPİ-də Dəmirova bildirilib ki, sən hara müraciət etsəndə yenə araşdırılması üçün bizə göndəriləcək və odur ki, nə istəyirsən edə bilərsən. Berkgedən nömrələr ancaq yüksək vəzifəli və çox imkanlı şəxslərə qoyulan qiymətə satılır. BDYPİ-də ona deyilənlərin həqiqətəndə onların dedikləri kimi olduğunun canlı şahidi olan Dəmirov qeyd edir ki, Daxili İşlər Nazirliyinə göndərdiyim şikayət ərizəsi araşdırlması üçün BDYPİ-nə göndərilib. Onda belə çıxır ki, özlərinə özlərindən şikayət etmiş oluram. 9-cu dəfə müraciətimdən sonra cavab verən BDYPİ-nin rəis müavini Mübariz Şahbazovun sözündən belə çıxır ki, ölkədə nə qanun var nədə ki, qanunvericilik. Yəni onlar deyən qiymətlərlə razılaşmalıyam və bütün qanunsuzluqlara göz yummalıyam. Mübariz Şahbazov qısaca demək istədi ki, "zerkalni" nömrələr dövlətçiliyə xidmət edənlərə deyil, oliqarxlara məxsusdur». Qurbanxan Dəmirov qeyd edir ki, natəmiz əməllərlə işləyib, uzun illərdir millətin qanına susayanların hər şeyi var və hər şeyə nail olur, lakin təmiz və dövlətçiliyə sədaqətli olan iş adamlarının isə Prezidentdən başqa arxalandığı kimsə yoxdur və onu heç yerdə eşitmirlərsə, onda hansı qanundan, hansı qanunvericilikdən söhbət gedə bilər. Əgər hər hansı oliqarx qeyd etdiyim nömrə nişanını asanlıqla ala bilirsə, 3-cü qrup əlil ala bilmirsə hansı qanundan danışmaq olar?» Əslində ölkəmizin başında duran cənab Prezidentin bu cür özünü bəyənmiş və şahı qanun bilən Ramiz Zeynalov və Mübariz Şahbazov kimi polis zabitlərinin çirkin əməllərindən məlumatı yoxdur. Çünki bu cür polislər cənab Prezidentin humanistliyindən istifadə edirlər. Ölkə başçısına üz tutan Qatı Heydərçi, İlhamsevər 3-cü qrup əlil Qurbanxan Dəmirov, Prezidentdən qanunun aliliyini təmin etməyi, arzuladığı dövlət nömrə nişanının alınmasına yardımçı olmasını istəyib.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Xalqxeber.Az