backend

Şamaxı məmurlarının ayı ovunda yeni qalmaqal - VƏHŞİLİK - FOTO

Şamaxı məmurlarının ayı ovunda yeni qalmaqal - VƏHŞİLİK - FOTO














Şamaxı Rəsədxanasının drektor müavini Cövdət Nərimanovla Avaxıl kənd icra nümayəndəsi Alik Dünyamalıyevin "AYI OVU" - Təbiət cəlladları

Şamaxı rəsətxanasında mühüm bir post tutan Cövdət Həsənovun diplomu saxtadır?


Bir müddət öncə Qaynar.tv-də Şamaxı məmurlarının "AYI OVU" barədə dəhşət saçan video kadrlar yayılmışdı. Xatırladırıq ki, Şamaxıda baş verən həmin ov kampaniyasını əks etdirən videoda əks olunanlar bunlar idi: maşının arxa oturacağındakı (güzgüdə görünən və video çəkən) Şamaxı RİH başçısının Avaxıl kənd İcra nümayəndəsi Alikdir... Qabaqda oturan isə, dəhşətli olsa da, Şamaxı Rəsədxanasının təsərrüfat işləri üzrə direktor müavini Cövdət Həsənov... Avaxıl kəndindən bu dəqiqələrdə redaksiyamızın elektron poçtuna göndərilən məktubda deyilir ki, "Şahdağ Milli Parkının Pirqulu ərazisi üzrə direktor müavini Xanmusa Cəlilovdur... Bu ov isə Şahdağ Milli Parkının direktoru Füzuli müəllimin icazəsi ilə edilib. Sonrakı kadrdakılar isə bundan fərqli gündə olub, ayını ovlayıblar... Alik yeyib-içəndə bu barədə deyib ki, Füzuli müəllimə 400 dollar pul verilib. 200 dollar da Xanmusa Cəlilova... Ov əti ayrı-ayrı vəzifəlilərə pay edilib, 100 kq isə "Çinarlı" restoranına və "Şirvan" restoranına satılmışdır... Amma Xanmusanın bu adamlara gücü çatmır... O, çalışır, amma təsir edə bilmir...".
Son məlumatlara görə, artıq həmin yazıda adı çəkilən və təqdim olunan videoda özü görünən ayı ovu qəhrəmanları barədə təhqiqat başlanılıb. Həmin şəxslər polisə dəvət olunur və izahatları alınır. Bu haqda məlumat verən mənbənin sözlərinə görə həmin şəxslərdən külli miqdarda pul tələb olunur. Onu da bildirək ki, hətta kimlərinsə ələ alınması sayəsində ov tədbirini əks etdirən məlum video Youtube-dəki bazadan dərhal sildirilib...

P.S. Biz Qaynar.tv-nin redaktoru Əli Raza Muxtarla əlaqə saxladıq. O, deyilənlərin doğru olduğunu təstiqlədi və həmin qalmaqallı videonun əslinin redaksiyada olduğunu bildirdi. Qəribəsi odur ki, youtubeda da belə qanunsuzluqlara rəvac verilməsi faktları ortaya çıxıb.
Qeyd edək ki, Şamaxı Rəsədxanasının təsərrüfat işləri üzrə direktor müavini Cövdət Həsənov barədə qəzetimizdə də anons xarakterli yazı vermişdik.

Qeyd etmişdik ki, Şamaxı rəsətxanasında mühüm bir post tutan Cövdət Həsənovun diplomu saxtadır. Özüdə bu şəxs həmin diplomla əvvəllər Şamaxı icra hakimiyyətində işləyib. Hazırda o bu posta şəhər icra hakimiyyətinin rəhbərlərindən birinin himayəsi ilə yiyələnib.

Bəs görəsən bu saxta diploma hansı təhsil müəssisəsi verib? Araşdırmanın nəticəsi ilə növbəti sayımızda tanış ola bilərsiniz.


Şamaxı məmurlarının ayı ovunda yeni qalmaqal - VƏHŞİLİK - FOTO

Şamaxı məmurlarının ayı ovunda yeni qalmaqal - VƏHŞİLİK - FOTO

Şamaxı məmurlarının ayı ovunda yeni qalmaqal - VƏHŞİLİK - FOTO