backend

Ermənilər Permyakovu tələb edir

Ermənilər Permyakovu tələb edir






















İrəvanda yürüş olacaq

Yanvarın 26-da İrəvanda Avetisyanlar ailəsinin yeddi üzvünün qətlində ittiham edilən rus əsgəri Permyakovun Ermənistan tərəfinə verilməsi tələbi ilə yürüş keçiriləcək.

qaynarxett.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, yürüş Koryun küçəsindən Azadlıq meydanına qədər davam edəcək.

“Biz Ermənistan hakimiyyətindən və Rusiya tərəfindən Gümrüdə Avetisyanlar ailəsinin yeddi üzvünü qətlə yetirməkdə ittiham olunan şəxsin Ermənistanın hüquq-mühafizə orqanlarına verməyi tələb edirik. Tələb Ermənistanda Rusiya hərbi bazası ilə bağlı müqavilənin 4-cü maddəsindən irəli gəlir. Bu, ədalətli istintaqın qarantı ola bilər. Bizim tələbimiz ədalətlidir”, təşkilatçıların bəyanatında deyilir.