backend

Azərbaycan əsgərləri erməniləri cəzalandırdı - Erməni hərbi avtomobili vuruldu

Azərbaycan əsgərləri erməniləri cəzalandırdı - Erməni hərbi avtomobili vuruldu



















Keçən gecə də Ermənistanla təmas xəttində atəşkəs pozulub

qaynarxett.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, gecə 00:30 radələrində Azərbaycan ordusunun hissələri erməni mövqelərinə atəş açıblar.

Hərəkət edən “Daewoo” markalı hərbi avtomobil azərbaycanlı əsgərlər tərəfindən vurulub. Avtomobildə olan 3 nəfərin zədə almadığı bildirilir.

Təbii ki, erməni mənbələri hər zaman öz mövqelərinə uyğun olaraq, Azərbaycan əsgərlərinin onlara atəş açdığı barədə xəbərlər yayırlar. Azərbaycan Müdafiə Nazirliyi isə torpaqlarımızı işğal edən erməni hərbi birləşmələrinin Azərbaycan ordusun un mövqelərinə atəş açdığını və bundan sonra, düşmənin layiqli cavabının verildiyini bildirir. Bundan əlavə ATƏT-in döyüş bölgəsinə gedən Monitorinq Qrupu da dəfələrlə ermənilərin atəşkəsi pozduğunu açıqlayıb.