backend

Peterburqda atışmanın təfərrüatları: Azərbaycanlılar bir-birini öldürdülər – YENİLƏNİB

Peterburqda atışmanın təfərrüatları: Azərbaycanlılar bir-birini öldürdülər – YENİLƏNİB






















Cinayətin iştirakçıları saxlanılıb

qaynarxett.az oxu.az-a istinadən artıq xəbər vermişdi ki, dünən Sankt-Peterburqda şəxsi münasibətlər zəmnində baş verən münaqişədə kafe direktoru və ziyarətçi arasında atışma olub.

Bu arada artıq cinayətin bəzi təfərrüatları və həlak olanların şəxsiyyətləri müəyyənləşdirilib.

Belə ki, konkretno.ru-nun məlumatına görə, Poqraniçnik Qarkavıy küçəsində yerləşən “Qurman” kafesində ölümcül atışmadan sonra ölən şəxslərə məxsus silahlar aşkarlanıb.

Bundan başqa, məlum olub ki, Gürcüstanın Marneuli rayonunun 29 yaşlı sakini Vüsal Əfəndiyev (milliyətcə azərbaycanlı) sinəsindən güllə yarası alıb və hadisə yerində dünyasını dəyişib. Kafenin 46 yaşlı direktoru, azərbaycanlı Nazim Səmədov isə aldığı yaralardan Peterburqun 15 saylı şəhər xəstəxanasında dünyasını dəyişib. Onu buraya dostları gətiriblər.

Mətbuata sızan məlumata görə, hadisənin törədildiyi yerdən 30 metr məsafədə, İvanovka çayının sahilində üzərində qan izləri olan salfet, altı patronu olan İJ-79-9 travmatik tapança (kafe direktoruna məxsus olduğu güman edilir) və Əfəndiyevə məxsus olan İJ tapançası (iki patronla) aşkarlanıb. İkinci tapançanın 1994-cü ildə Udmurtiyada oğurlandığı müəyyənləşdirilib.

Səmədovun kafe yaxınlığında saxlanılmış “Ford Focus” markalı avtomobilində “Sayqa” karabini tapılıb. Tüfəng bağlı qabda yerləşdirilibmiş.

Cinayətdə iştirakı şübhəli bilinən üç nəfər isə bu gün səhər saat 05:00 radələrində Vıborqda tutulublar.

Araşdırma zamanı onların üzərindən döyüş patronları ilə atəş açmağa imkan verən travmatik tapança tapılıb. Hadisənin digər təfərrüatları dəqiqləşdirilir.

1 fevral (21:50)

Peterburqda (Rusiya) Poqraniçnik Qarkaviy küçəsində yerləşən “Qurman” kafesində ziyarətçilərin münaqişəsi atışma və iki nəfərin ölümü ilə nəticələnib.

Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq bölməsindən verilən məlumata görə, “Qətl” maddəsi üzrə cinayət işi başlanılıb.

Müstəntiqlərin məlumatına görə, bazar günü səhər saat 4 radələrində “Qurman” kafesində onun azərbaycanlı direktoru və Gürcüstan vətəndaşı arasında münaqişə baş verib.

Münaqişə zamanı odlu silahdan istifadə edilib. Nəticədə aldığı güllə yaralarından azərbaycanlı kafe direktoru xəstəxanada, Gürcüstan vətəndaşı isə hadisə yerində dünyasını dəyişib.

Hazırda baş vermiş hadisənin təfərrüatları araşdırlır, istintaq aparılır.