backend

Valideynləri körpəni “Toyota Camry”yə dəyişmək istədi

Valideynləri körpəni “Toyota Camry”yə dəyişmək istədi






















Cinayət işi açıldı

Astanada ata və ana öz körpələrini avtomobilə dəyişmək istəyib. Bu barədə Astana Daxili İşlər Departamentinin mətbuat xidmətindən bildirilib.

“Departamentin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin əməkdaşlarına öz yeni doğulmuş körpələrini Toyota Camry markalı avtomobilə dəyişməyə cəhd edən cütlük barədə məlumat daxil olub. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxslərin kimliyi müəyyən edilib. Onlar 25 yaşlı qadın və 29 yaşlı kişidir”, məlumatda deyilir.

qaynarxett.az Rosbalta istinadən xəbər verir ki, qadın işsizdir, onun həyat yoldaşı isə şəhərdəki müəssisələrdən birində işləyir.

İş üzrə materiallardan məlum olub ki, yanvarın 27-də onların 3.8 kiloqram çəkiyə malik oğlu dünyaya gəlib.

Yanvarın 29-da avtomobilə etiabarnamənin və əvəzinə uşağın verilməsinin notarial qaydada rəsmiləşdirilməsindən sonra cütlük həbs olunub.

Hazırda uşaq xəstəxanaya yerləşdirilib. Həbs olunan cütlük müvəqqəti saxlama təcridxanasındadır.

Fakt üzrə “Yeniyetmələrlə alver” maddəsi üzrə cinayət işi açılıb.