backend

Rus deputatdan Almaniyaya əxlaqsız təklif - Təzminat davası

Rus deputatdan Almaniyaya əxlaqsız təklif - Təzminat davası




















Rusiya Dumasının deputatları 1941-ci ildə SSRİ-ə hücum etdiyinə görə Almaniyadan pul qoparmaq fikrinə gəliblər

Avropa.info xəbər verir ki, təzminatın dəyərinin müəyyənləşdirilməsi üçün xüsusi işçi qrupu təşkil olunacaq. Bu haqda “İzvestiya” qəzeti yazıb.

Rus deputatlar düşünür ki, Almaniya Rusiyada dağıtdıqları əvəzində, demək olar, heç nə ödəməyib.

LDPR-dən olan olan deputat Mixail Deqtyarovun fikrincə, Almaniya hətta müharibədə iştirak etməyən dövlətlərə pul ödəyib. Məsələn, İsrailə 60 milyard avro pul ödənib. Rusiya üçün isə ən azı 3-4 milyard avro tələb oluna bilər.

Ekspertlər isə bu qənaətdədir ki, müharibənin yekunlaşmasından 70 il sonra təzminat tələb etmək real deyil.