backend

Direktor “Bakı – 2015” oyunlarına qatılacaq erməni idmançıların sayı barədə danışdı

Direktor “Bakı – 2015” oyunlarına qatılacaq erməni idmançıların sayı barədə danışdı






















“Hər bir ölkəyə kvota ayrılıb”

Ermənistanın Bakıda keçiriləcək I Avropa Oyunlarında neçə idmançı ilə iştirak edəcəyi hələlik məlum deyil.

qaynarxett.az xəbər verir ki, bunu “Bakı-2015”-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hər bir ölkəyə idmançılarının oyunlarda iştirak etməsi üçün kvota ayrılıb.

“Lakin Ermənistanın Avropa Oyunlarında hansı sayda idmançı ilə qatılacağı hələlik bəlli deyil”, - deyə o bildirib.