backend

Şok: İŞİD 16 iraqlını diri-diri yandırdı

Şok: İŞİD 16 iraqlını diri-diri yandırdı


“İslam dövləti” (İŞİD) terror qruplaşmasının döyüşçüləri qruplaşmanın lideri Əbubəkr Əl-Bağdadiyə biət etməkdən imtina edən İraqın Mosul şəhərinin 16 sakinini diri-diri yandırıb.


qaynarxett.az xəbər verir ki, bu barədə “Press TV” telekanalı bildirib. Yerli məmur Əl-Azavi bildirib ki, İŞİD-in nəzarətindəki Mosul açıq səma altında həbsxanaya çevrilib. Onun sözlərinə görə, yerli sakinlər terror qruplaşmasının ağır işgəncələrinə məruz qalırlar. Bununlana yanaşı, Əl-Azavi qeyd edib ki, bəzi elmi işçilər və dini nümayəndələr döyüşçülərlə əməkdaşlıq edirlər.