backend

"Təhsil sahəsində kompleks tədbir və islahatlara ehtiyac var" - Fərəc Quliyev

"Təhsil sahəsində kompleks tədbir və islahatlara ehtiyac var" - Fərəc Quliyev






















Təhsilin mövcud durumu parlament müzakirəsinə çıxarılmalıdırmı?

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə şagirdlərin bilik səviyyəsi ilə bağlı maraqlı statistika açıqlayıb. M.Abbaszadənin sözlərinə görə, ötən il abituriyentlərin 65%-i qəbul imtahanlarından “2” alıb. Komissiya sədrinin sözlərinə görə, bu gün hətta IX və XI sinif şagirdləri arasında oxuyub yaza bilməyən şagirdlər var ki, onların sinifdən sinfə hansı şəkildə keçdiyi təəccüb doğurur.
Maraqlıdır, millət vəkilləri strateji sahə olan təhsilin mövcud vəziyyəti haqqında hansı fikirdədir? Məlum statistika təhsilin hazırkı durumunun parlamentdə müzakirəsini zəruri etmirmi?

Bununla bağlı açıqlama verən millət vəkili Fərəc Quliyev bu istiqamətdə ciddi addımlar atılmasının zəruriliyini vurğuladı:

“Təhsil haqqında qanunun qəbulu, onun müzakirəsi göstərdi ki, islahatlara ehtiyac var. Bu məsələlərin mərhələli şəkildə öz həllini tapacağına əminəm. Lakin reallıq bundan ibarətdir ki, vaxtiylə islahat adı altında yamaq-yamaq qanunlar qəbul edilib. Bu qanunlar indi sahmana salınır. Hazırda elm haqqında qanun da təkmiləşdirilir. Qnaunvericilik bazası qaydasına düşəndən sonra zənnimcə, neqativ hallar aradan qalxar. Lakin məsələ yalnız qanunla bağlı deyil. Yerlərdə müəllimlərin əmək haqqısı ilə bağlı islahatların aparılmasına ehtiyac var. Orta məktəblərin keyfiyyətli kadrlarla təmin edilməsi, onların əyalətlərə, ucqarlara getməsinin sitimullaşdıırlması olduqca vacib amillərdir. Bir sözlə, kompleks tədbirlərə ehtiyac var və təbii ki, bu məsələ daim diqqət mərkəzində saxlanılmalıdır”.