backend

Bakı da ABŞ-la bağlı dinləmələr keçirir

Bakı da ABŞ-la bağlı dinləmələr keçirir














Sabah Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində Azərbaycan-ABŞ münasibətlərinə dair dinləmələr keçiriləcək

Məlumatı virtualaz.org-a Milli Məclisdəki mənbə verib. Mənbənin sözlərinə görə, 35 deputatın qatılacağı dinləmələrdə QHT rəhbərləri və siyasi partiyaların nümayəndələri də iştirak edəcəklər.

Xatırladaq ki, dünən ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Alt-komitəsində "Azərbaycan: ABŞ-ın Enerji, Təhlükəsizlik və İnsan haqları maraqları" mövzusunda dinləmə keçirilib. Dinləmədə Vudro Vilson Beynəlxalq Araşdırmalar Mərkəzinin tədqiqatçısı Odri Alştadt, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç və Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru Svante Kornel konqresmenlər qarşısında çıxış ediblər.

Dinləməyə konqresmen Rohrabaker sədrlik edib.