backend

“Elçibəyi yola salan” qoca Maylsa qarşı mitinqlər: “Bizə inqilab lazım deyil!” - (Fotolar)

“Elçibəyi yola salan” qoca Maylsa qarşı mitinqlər: “Bizə inqilab lazım deyil!” - (Fotolar)

Bu gün Bişkekdə Qırğızıstan Kommunist Partiyasının və Rusiyanın Dünya Fondunun 30-dan çox nümayəndəsi ABŞ səfirliyinin qarşısında mitinq keçirib

Virtualaz.org saytı qırğız KİV-lərinə istinadən xəbər verir ki, aksiya Riçard Maylsın ABŞ-ın Qırğızıstandakı müvəqqəti işlər vəkili təyin edilməsinə qarşı keçirilib.

Xəbər verildiyi kimi, ötən ilin payızında Pamela Spartlen ABŞ-ın Bişkekdəki səfiri səlahiyyətlərini başa vuraraq qonşu Özbəkistana təyinat alıb.

Prezident Barak Obama onun yerinə əvvəllər 6 il Rusiyada işləmiş Şeyla Quoltninin namizədliyini irəli sürüb. Lakin hansısa səbəblərdən bu diplomatın namizədliyini Senat təsdiqləməyib. Senat Ş.Quoltninin namizədliyini təsdiqləmədiyi üçün ABŞ-ın Bişkekdəki səfiri vəzifəsinin icrası yaşı 80-i haqlamış Riçard Maylsa həvalə edilib.

Lakin Maylsın Bişkekə göndərilməsi Qırğızıstan siyasi dairələrində əməlli-başlı xof yaradıb. Qırğızıstanda deyirlər ki, Mayls harada işləyibsə, orada hakimiyyət çevrilişi olub.

Belə ki, Riçard Maylsın işlədiyi 4 ölkədə hakimiyyət dəyişib. O, 1992-1993-cü illərdə Azərbaycanda səfir olub - 1993-cü ildə prezident Əbülfəz Elçibəy devrilib.

1993-1999-cu illərdə keçmiş Yuqoslaviyada işləyib - 1999-cu ilin martında Yuqoslaviyanın NATO tərəfindən bombardmanı başlayıb, daha sonra Slobodan Miloşeviç devrilib.

1999-2001-ci illərdə Bolqarıstanda işləyib - 2001-ci ildə bu ölkədə keçirilən parlament seçkilərində hakimiyyətə qərbyönümlü qüvvələr gəlib.

Nəhayət, 2002-2005-ci illərdə Gürcüstanda işləyib - 2003-cü ilin noyabrında Eduard Şevardnadze devrilib və qərbyönümlü Mixail Saakaşvili hakimiyyətə gəlib.

R.Maylsın təyinatına qarşı ABŞ-ın Bişkekdəki səfirliyinin qarşısında bundan əvvəl də aksiyalar olub.