backend

Bakı məktəbində 8 Mart, müəllimlər və pul qalmaqalı...

Bakı məktəbində 8 Mart, müəllimlər və pul qalmaqalı...
















8 Mart yaxınlaşmamış kişilərdən əlavə, qadınlar da əllərini ciblərinə salmaq məcburiyyətində qalıblar. Bunların əksəriyyəti isə məktəblilərin analarıdır

Milli.az xəbər verir ki, 8 Mart Qadınlar bayramı münasibətilə Bakıda bəzi məktəblərdə valideynlər ibtidai sinif müəllimlərinə "hörmət" etmək istəsələr də, müəllimlər arasında həmin "şirinlik"dən narazılıq edənlər də var.

Həmin məktəblərdən biri də 49 nömrəli "İntellekt" məktəb-liseyidir. Valideynlərdən biri bu cür problem ilə rastlaşdığından hadisə barədə sayta müraciət edib.

Şikayətdə qeyd olunur ki, "49 saylı məktəbin ibtidai sinif rəhbəri Tünzalə müəllim əməlli-başlı sinifdə bazar açıb. Dediyinə görə, kim ona 20 manat pul versə, götürməyəcək. Ən azı, 50 manat olmalıdır. Nəzərə alsaq ki, sinifdə 30 uşaq var və hamının da imkanı yoxdur və yaxud da bir evdən iki uşaq məktəbə gedir, hesablasaq, nə qədər pul lazımdır bu müəllimlərə?"

Məsələ ilə bağlı sayt birbaşa məktəb direktorunun özü ilə əlaqə saxlayıb. Əməkdar müəllim Təhminə Əsədova deyilənlərin yalan və böhtan olduğunu bildirib: "Valideyin özü gəlsin, desin ki, bu filan müəllim məndən pul istəyir. Tünzalə müəllimin sinfindən sonuncu dəfə bir valideyn mənə yaxınlaşıb, o da pul söhbəti olmayıb. Problem müəllimin şagirdə aşağı qiymət yazması olub.

Tünzalə xanımdan narazılıq etdikdə mən də demişəm, keçir uşağı başqa bir sinfə. Valideyn uşağı digər müəllimin sinfinə keçirdikdən sonra gəlib üzümdən öpüb, hörmət kimi balaca bir şirniyyat da verib. Ancaq gedib bu cür yalanlar yazmaq yaxşı deyil.

10 ildən çoxdur ki, bu məktəbdəyəm, ancaq Tünzalə müəllimdən bir dəfə də olsun pul söhbəti eşitməmişəm. Müəllim özü məcburi köçkündür, heç vaxt ola bilməz ki, Tünzalə xanım kimdənsə pul istəsin.

Məktubu sizə yazan, yəqin ki, Əliyeva Aytənin valideyni olar. Sizdən sonra mən valideynlə danışıb məsələni dəqiqləşdirəcəm", - Təhminə Əsədova deyib.