backend

Rusiyanın qonşuları müharibəyə hazırlaşır

Rusiyanın qonşuları müharibəyə hazırlaşır



















“Avropada Ukrayna böhranının nəticələri hiss edilir”

Ukrayna böhranı Rusiya ilə həmsərhəd olan ölkələri müdafiəyə olan xərcləri artırmağa sövq edib. Bu fikrə Stokholmun Beynəlxalq dünya problemlərinin tədqiqatı institutunun ekspertləri gəlib, qaynarxett.az DW-a istinadən xəbər verir.

Dünyada hərbi xərclərin ümumi məbləği demək olar ki, daima eynidir, amma bəzi dövlətlərdə müntəzəm olaraq dəyişir, bu barədə Stokholmun Beynəlxalq dünya problemlərinin tədqiqatı institutunun (SİPRİ) yeni hesabatında deyilir.

Onun əməkdaşları hər il inkişaf dinamikasını və tendensiyalarını üzə çıxarmaq üçün dünya ölkələrinin müdafiə büdcəsini hesablayırlar.

“Hər şeydən öncə, əlbəttə ki, hərbi xərclərin bütün dünyada bir qədər azalması sevindirici haldır. Amma bu 0,4 faiz azalma əsasən ABŞ və Avropa İttifaqı ölkələrinin hərbi büdcələrinin azalması hesabınadır”, -SİPRİ-nin məruzəsini şərh edən, Bonnda Beyənlxalq Konversiya Mərkəzindən (BİCC) olan hərbi ekspert Yan Qrebe (Jan Grebe) bildirib.

Ukraynadakı vəziyyət prioritetləri dəyişir.

“Bundan başqa, Avropada Ukrayna böhranının nəticələri hiss edilir, əsasən də Rusiya ilə qonşu olan ölkələrdə”, SİPRİ məruzəsinin əsas müəllifi Sem Perlo-Friman bildirib.

“Polşa hərbi qüvvələrinin modernizasiyasını sürətləndirir, Baltika dövlətləri 2014-cü ildə artıq öz hərbi büdcələrini artırıblar və bunu 2015-ci ildə də davam etdirirlər”, - ekspert izah edib.

“SİPRİ öz tədqiqatları üçün məlumatı açıq mənbələrdən, məsələn, dövlət büdcələrinin müdafiəyə sərf edilən xərclərin göstərildiyi rəsmi məqalələrdən əldə edir. 2014-cü ilin konkret göstəriciləri uzaqgörən çıxarışlar etməyə imkan vermir, baxmayaraq ki, Ukrayna böhranı ilə meydana çıxan tendensiyalar artıq gözə çarpır”, Perlo-Friman ehtimal edir.

Yan Qrebe öz növbəsində sənədin tələsik izahı barədə xəbərdarlıq edir: “Belə inkişafı birbaşa olaraq Rusiyanın siyasəti ilə əlaqələndirmək lazım deyil. Bir çox ölkələrdə hərbi qüvvələrin keyfiyyətinin yaxşılaşdırılması onlar üçün ümumi modernizasiya tədbiri idi”.

İsveç hərbi hazırlığı yüksəldir.

Bununla yanaşı bəzi detallar bir sıra ölkələrdə hərbi hazırlığın yüksəldiyini göstərir. Məsələn, İsveç NATO-ya daxil deyil, 2014-cü ildə SİPRİ məruzəsinə müvafiq olaraq Şimali Atlantika alyansı, eləcə də Baltika dövlətləri ilə əməkdaşlığı genişləndirib. Keçən ilin sonunda İsveç parlamenti Ukrayna böhranının mümkün böyüməsinə, daha yaxşı reaksiya vermək üçün 2015-ci il üçün müdafiə büdcəsinin artırılmasına qərar verib.

“İsveç çoxillik qənaət siyasətini dəyişib və tədricən hərbi büdcəsini artırır”, - Sem Perlo-Friman bəyan edib. SİPRİ-nin son məruzəsi Ukrayna böhranına hərbi büdcənin artırılması reaksiyasını yalnız Rusiya ilə qonşu olan ölkələrin verdiyini göstərir. Amma Rusiya Federasiyasından uzaqda yerləşən, NATO-nun digər üzvləri, eləcə də Aİ ölkələri qənaət kursuna riayət edirlər. Perlo-Frimanın sözlərinə görə, “Ukrayna böhranı NATO və Aİ dövlətlərinin Avropada təhlükəsizlik məsələlərinə yenidən baxmalarına gətirib çıxarıb, və əsasən də Baltika ölkələri Rusiya tərəfindən potensial təhlükəyə yenidən baxırlar”.

Rusiyanın resursları bitir?

Rusiya öz hərbi qüvvələrinin modernizasiyasını davam etdirməyə qadirdirmi? - deyə ekspert Yan Qrebe qeyd edib. Avropa sanksiyaları ilə əlaqədar Aİ-dən idxal, müvafiq olaraq isə Rusiya hərbi sənayesinin texniki təchizatı da mümkün deyil. Qrebenin sözlərinə görə, Rusiya hərbi sənayesinin digər problemi kadrların yaşlanmasıdır: “Tez ya gec, mühəndislərin bir çoxu təqaüdə çıxarkən, bilik və təcrübə çatışmazlığı poblemi meydana çıxacaq, ona görə də Rusiya hərbi sənayesi yeni məmulatların işlənməsi zamanı ciddi problemlər ilə üzləşəcək”.

Sem Perlo-Friman ehtimal edir ki, çox güman ki, Rusiyanın sadəcə müdafiə kompleksinin ambisiyalı modernizasiya layihəsi üçün pulu qurtarır. Əsas səbəb isə neft və qazın qiymətlərinin enməsidir, amma Aİ-nin Rusiyaya qarşı sanksiyaları da RF-nın hərbi büdcəsinin azalmasına öz təsirini göstərib. “Ukrayna böhranı daxilində Rusiya, məcburi qənaət tədbirlərinə baxmayaraq müdafiə büdcəsini azaltmağı planlamadığını bəyan edib. Amma bu gün üçün Rusiya artıq 2015-ci il üçün müdafiə büdcəsini 5 faiz azaldıb”, - SİPRİ-nin eksperti bildirib.

Neft əvəzinə silah.

Ümumilikdə SİPRİ-nin mühazirəsinə müvafiq olaraq, neft satışından ələ edilən gəlir və hərbi büdcə arasında dəqiq qanunauyğunluq mövcuddur. Belə ki, hərbi ehtiyaca ÜDM-dən dörd faizdən artıq vəsait ayıran 20 ölkənin çoxu neft hasil edən ölkələrdir.

“Siyahıda ilk beş ölkə olan - Oman, Səudiyyə Ərəbistanı, Cənubi Sudan, Çad və Liviya iri neft ixracatçılarıdır”, - Perlo-Friman vurğulayıb.