backend

Jurnalit Ağstafa məmuru tərəfindən təqibə məruz qalıb...

Jurnalit Ağstafa məmuru tərəfindən təqibə məruz qalıb...














Jurnalist Ağstafa məmuru tərəfindən təqibə məruz qalıb...

Azərinfo.az-ın xanım əməkdaşı əməlli başlı Ağstafa rayonu Məhkəmə Tibbi Ekspertizasının rəhbəri Nazim adlı şəs tərəfindən təqibə məruz qalıb. Hdisə ilə bağlı əldə etdiyimiz məlumçatlara görə, əməkdaşımız həmkarları jurnalistlərlə bərabər Ağstafa rayonunda yerləşən “Sərin” istirahət mərkəzində yemək yeyiblər. Bu zaman Nazim bəy və eks polis işçisi Azər və hazırda Ağstafa rayonu peşə məktəbinin direktoru vəzifəsində çalışan Hikmət adlı dostları ilə 05DF099 nömrə nişanlı Prado markalı maşını idarə etmək tərzləri ilə harınlamış məmur olmalarınıbir daha sübut edərək həmin məkana daxil olublar. İçkili formada məkana daxil olan üçlük bir neçə masa aralıda pivə içməyə başlayıblar. Eyni zamanda xanımı izləməyə davam edən üçlük ədəbsizcə söz atmağa və əxlaqsızlıq nümayiş etdiriblər. Bundan narahat olan xanım əməkdaş əlini yumaq üçün masadan ayrılıb. Nazim bəy dərhal onun arxasınca bayıra çıxaraq ona gərəksiz və əxlaqsız təkliflər edib. Xanım tələsik içəri qayıtdıqda isə, daha sonra müxtəlif yollarla əməkdaşa əxlaqsızca telefon nömrəsini verməyə çalışıb. Məslənin fəqinə varan xanım jurnalistin həmkarları olan əks cinsin nümayəndələri Nazim bəydən bu cür əməllərindən əl çəkməsini istəyiblər. Əvəzində isə Nazim bəy hamının yanında onlara nəlayiq söyüşlərlə təhqirlər yağıdırmağa başlayıb. Hətta xanımın müdafiəsinə qalxan həmkar jurnalistə hədə qorxu gələrək, onu barmaqlıqlar arxasına basdıracaqlarını bildiriblər. Xanım əmkdaşımız yaranmış vəziyyətlə bağlı 102-yə müraciət edərək yardım istəyib. Lakin nədənsə xanımın dəfələrlə müraciətinə rəğmən, heç yerdən yardım almaq mümkün olmayıb.

Xatırladaq ki, əldə etdiyimiz məlumatlara görə, sözü gedən məmurun dəfələrlə öz vəzifə səlahiyyətlərini aşması, içkili vəziyyətdə işə gəlməsi və iş yerində çalışan qadın işçilərə qarşı əxlaqsız hərəkətlərə yol verməsi ilə bağlı da, söz-söhbətlər gəzir.

Qeyd edək ki, Ağstafa rayonu Məhkəmə Tibbi Ekspertizasının rəhbəri Nazim adlı şəxs rayonda əyyaş məmur kimi tanınır.