backend

Dünya xeyirxah taksi sürücüsünün əməlini alqışlayır

Dünya xeyirxah taksi sürücüsünün əməlini alqışlayır





















“Axı bu mənim deyil”

İspaniyalı taksi sürücüsü turistə içərisində 7200 dollar pul olan çantanı qaytarıb.

qaynarxett.az xəbər verir ki, bu barədə yerli Sur.es nəşri bildirib.

Qeyd edilib ki, Fransisko adlı taksi sürücüsü 900 avro qazanır, arvadı və qızı ilə iki otaqlı mənzildə Malaqada yaşayır.

“Bu mənə lazım deyil, axı bu mənim deyil”, - Fransisko öz tapıntısı haqqında danışıb.

Taksi sürücüsü turistə çantasını qaytarmaq üçün onu bir neçə gün axtarıb. Çantada puldan başqa pasport, bahalı fotoaparat, planşet və saat da olub.