backend

Ermənilərin Avropa Oyunlarında “soyqırım” təxribatı

Ermənilərin Avropa Oyunlarında “soyqırım” təxribatı

















Ermənilər öz təxribət əməllərindən əl çəkməməkdə inad edirlər. Söhbətə əvvəldən başlayaq. «armenianreport» saytında erməni idmançıların Azərbaycana səfəri barədə geniş məqalə dərc olunub

Burada onların aeraportda isti qarşılanmalarından tutmuş Atletlər kəndinə getmələrinə, təhlükəsizliklərinin tam təmininə qədər hər bir addımları barədə məlumat verilib. Lakin erməni öz mənfur xislətini burada da göstərir.
Saytda deyilir: «Dostlar, bu səfər Azərbaycanın qəhrəman-patriotlarını, o cümlədən Qarabağ Azadlıq Təşkilatının yorulub-usanmayan rəhbəri Akif Nağını qıcıqlandırmaq üçün əla səbəbdir. Hey, uşaqlar, ermənilər burnunuzun altındadır. Bəs siz hardasız? Hanı sizin sevimli silahınız – çəkiciniz? Əminik ki, Atletlər kəndinin heç 1 km-nə də yaxınlaşa bilməzsiniz, çünki Azərbaycan hökuməti onların təzlükəsizliyini ən yüksək səviyyədə təmin edib. Belə şəraitdə, düşünürəm ki, ermənistan ictimaiyyəti Akif Nağı kimilərin gücsüz qəzəbi barədə Azərbaycan KİV-lərini yazdıqlarını böyük məmnuniyyətlə oxuyacaqlar».
FaktXəbər-in verdiyi məlumata görə, erməni təxribatçılar bununla da kifayətlənməyərək, Azərbaycanda erməni bayrağını dalğalandırmağı və himninin səsləndirilməsi xəyalı ilə yatıb-dururlar. Onlar daha da irəli gedərək bu «qələbələrini» «Erməni soyqırım qurbanlarına» həsr etməyi düşünürlər.
Biz isə cavab olaraq deyirik: Cücəni payızda sayarlar…(FaktXəbər)